Hackerlər, PS4-də pirat oyunları işə salmaq üsulunu tapıblar

08.05.2017 0 PAYLAŞIM 5577 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Adı bilinməyən hacker qruplaşması PlayStation 4 konsolunu hack edərək pirat oyunları oynamağın yolunu tapıb.

Məlumata əsasən pirat oyunlar konsolun yalnız 1.76 versiyalı proqram təminatında çalışır. Hal-hazırki PS4-lər isə 4.07 versiyalı proqram təminatından istifadə edirlər. "Technote.az "ın "Hi-tech.mail.ru "a istinadən verdiyi xəbərə əsasən sistem təminatını, köhnə versiyaya qaytarmaq qeyri-mümkündür. Beləliklə pirat oyunları yalnız köhnə partiyadan olan konsolları almış oyunçular oynaya bilərlər. 1.76 versiyalı sistem təminatına sahib PS4-lər,Destiny, Battlefield 4, FIFA 14, Knack, Watch Dogs, Call of Duty: Ghost, Assassin’s Creed IV: Black Flagoyunlarının yerləşdikləri xüsusi bundle-larda olurlar. Daha əvvəllər hackerlər, surətin lisenziyası problemini həll edə bilmirdilər. OMSK adlı yeni tətbiq, oyunlar üçün olan abunəlik faylını kopyalayır. Daha sonra konsolun qəliz olmayan hack prosesindən sonra oyunu (.PKG genişləndirilmiş fayl) yükləyib OMSK tətbiqi vasitəsilə işə salmaq lazımdır.