main-post-cover

    Hackerlər, şəhərin 156 ədəd siqnal sistemini hack edərək bütün şəhəri ayağa qaldırdılar (VİDEO)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hackerlər 1 saat yarım müddətinə Dallas şəhərinin təcili vəziyyətlər üçün nəzərdə tutulmuş siqnal sistemini ələ keçirib.

    Söhbət, şəhəri əhatə edən 156 siqnal sistemindən gedir. Dallasda olan siqnal sistemi adətən tornado və ya digər təbii fəlakətlər zamanı işə düşür. Lakin bu dəfə siqnal sistemi heç bir səbəb olmadan işə düşüb və 156 ədəd siqnal cihazı 90 dəqiqə ərzində 1.6 milyon insanı təlaşa salıb. Mühəndislər yalnız hər bir siqnal cihazını söndürəndən sonra siqnal sistemini deaktiv etmək mümkün olub. "Çox güman ki, bunu edən şəxs daha əvvəllər bu sistemə girişi olmayan biri olub. Beləliklə o hansısa üsul ilə sistemə daxil olaraq onu aktiv etdirib” – deyə dövlət orqanının təmsilçisi bildirib. Bu hadisə üzrə istintaqı sistem mühəndisləri və əlaqə üzrə federal komissiya aparır. Hər-bir sistemin internetə və ya lokal şəbəkəyə qoşulması vəziyyətdə onu hack etmək daha da sadələşir.
     
    Linki kopyala