main-post-cover

    Hackerlər üçün nəzərdə tutulmuş forum, hackerlər tərəfindən hack olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hackerlər, Darkode adlı hacker foruma hücum edib istifadəçilərin şəxsi məlumatlarını oöurlayıblar.

    Sözügedən forum, 2015-ci ildə FBI-nın istintaqından sonra bağlanmış məşhur platformanın kopyası imiş. Güman olunur ki, Darkode-un əvvəlki versiyasında ən professional hackerlər müxtəlif sistem boşluqlarını və zərərli tətbiqləri müzakirə edirdilər. "Darkode-un, böyük olmaq istəyən əziz fakeləri! Biz sizin forumunuzu ələ keçirtmişik. Sizin adminləriniz səfehdirlər” – deyə forumu hack etmiş hackerlər ismarıc qeyd ediblər. Məlum olub ki, hackerlərin hücum etdikləri platforma öz istifadəçilərini lazimi təhlükəsizlik ilə təmin etmirdi. Bu fakt, forumun administrasiyasını çox narahat edir. Belə ki, istifadəçilərin məlumatlar bazası artıq satışa çıxarılıb və onlar dövlət orqanlarının əllərinə keçə bilərlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər