main-post-cover

    Hackerlər üçün olmuş tədbirdə, heç bir komanda, Google Chrome-u hack edə bilmədi

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Hər il Vankuverdə (Kanada) keçirilən CanSecWest adlı təhlükəsizlik üzrə tədbir çərçivəsində ənənəvi olaraq Pwn2Own adlı hacker yarışması keçirilib.

    Sözügedən tədbirin təşkilatçısı və sponsoru, kibertəhlükəsizlik üzrə proqram təminatı hazırlayan "Trend Micro” yapon şirkətinin təsis etdiyiZero Day Initiativ təşkilatıdır. Bu ilki Pwn2Own yarışmasının ümumi pul mükafatı, 1 milyon dollar olub. Yarışmanın ilk günündə hackerlər uğurla Microsoft EdgeSafari brauzerlərini, Adobe Reader tətbiqini və Linux əməliyyat sistemini sındırıblar. Chaitin Security Lab. təhlükəsizlik laboratoriyası,Ubuntu 16.10-u sındırdığına görə 15.000$ qazanıb. Sözügedən sistemin hack olunması, birbaşa tədbirin səhnəsində göstərilmişdi. Bundan əlavə olaraq sözügedən təhlükəsizlik laboratoriyası, həmçinin macOS-i hack edərək əlavə 35.000$ qazanıb. Digər iki komanda isə, Adobe Reader tətbiqini hack etməyi bacarıb. Qeyd etmək lazımdır ki, Microsoft Edge, 5 sistem boşluğu sayəsində, Safari isə 3.5 sistem boşluğu sayəsində hack olunub. Maraqlısı ondadır ki, bu tədbirdə heç bir komanda, Google Chrome brauzerini hack edə bilməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər