main-post-cover

    Hackerlər, Ukraynanın paytaxtı Kiev-in elektrik təchizatını kəsdilər!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Ukraynadakı hackerlərin keçən ay, paytaxt Kiev-in elektrik təchizatını kəsdikləri bildirildi.

    Reuter-sə bir açıqlama verən Ukrayna-nın elektrik qurumu Ukrenergo, paytaxt Kiev-in kiber quldurlar tərəfindən elektriklərinin kəsildiyini və hələ də sistemə necə girdiklərini təyin etməyə çalışdıqlarını bildirdi.
    17-18 Dekabr 2016-cı il tarixində reallaşdırılan hadisədə Kiev-in şimal bölgəsində elektriklərin kəsildiyi, kiber quldurların, ölkənin fərqli bölgələrindən sistemə girdikləri bildirildi.
     
    İlk öyrənilənlərə görə hücumdan 330 kilovatlıq Şimal alt-stansiyasına bağlı olan iş mərkəzləri ilə SCADA sistemləri təsirləndi. Ukrenergo, edilən analizlər çərçivəsində hücumun çox əvvəldən planlaşdırıldığı və şiddətli olduğu açıqlandı. Təhlükəsizlik gücləriylə birlikdə işləyən kiber mütəxəssislər isə təsirlənən hesabların xronolojik olaraq bir siyahısını hazırlayıb, hücumun başlanğıc nöqtəsini təyin etməyə çalışırlar.
    Ukrayna, 2015-ci ilin Dekabr ayında da oxşar bir hücuma məruz qalmış, ölkənin qərbindəki 225 min nəfərin elektrikləri kəsilmişdi.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər