main-post-cover

    Hackerlərin yeni virusu-Brad Pitt ölüb!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     

    Şou-biznes cəmiyyətinin tanınmış simalarından olan Bred Pitt bu dəfə hackerlərin hədəfi olub.

    Hackerlər insanların maraq dairəsinə ən yaxşı bələd olan insanlar olduğundan bir çox insanı tələyə düşürmək də onlar üçün çətin deyil. Bu aralar şou dünyasını zəbt edən Ancelina Coli və Bred Pitt-in boşanma xəbəri hackerlərin də diqqətindən yayınmayıb. Belə ki, hackerlər yaratdıqları yeni virusa maraqlı başlıq seçiblər. Bu başlıq isə Bred Pittiin ölüm xəbəridir.
    Belə başlığı görən istifadəçi məlumata daxil olduqda cihazı virusla yoluxmuş olur. Digər viruslar kimi bu virusun da əsas məqsədi şəxsi məlumatları ələ keçirməkdir. Bu virus növü daha çox Facebook-da üstünlük təşkil etsə də ehtiyatlı davranmaqda fayda var. Belə bir xəbərə klik etmisinizsə tez bir zamanda şifrənizi dəyişməyiniz tövsiyə olunur.
    Linki kopyala