Hamıdan daha çox bildiyini iddia etmək: Dunning Kruger təsiri

461

Bir çox insanlar hər zaman digərlərindən daha çox bildiyini iddia edirlər. Elmi dildə bunun adı Dunning Kruger təsiri adlanır.

Əslində həyatımızın hər anında belə xarakterli insanlarla qarşılaşırıq. Nə qədər az bilik, bacarığa sahib olsalar da özlərini hər zaman hər şeyi bilən kimi göstərməyə çalışırlar. Buna daha çox "cahil cəsarəti” adını vermək daha yerinə düşər. Bu dunning-kruger sindromu adlanır. Psixologiya sahəsində Ignobel (antinobel mükafatı) mükafatına layiq görülmüşdür. Bu araşdırmanı Justin KrugerDavid Dunning tarixə keçirtməyi bacarmışdılar. Bu nəzəriyyənin əsasını "Cəhalət gerçək bilginin əksinə, fərdin özünə olan güvəni artırır” fikri təşkil edir. Müxtəlif aparılan təcrübələr nəticəsində ağaşıdakı nəticələr əldə edilmişdi:

- Bacarıqsız insanlar nə dərəcədə yetənəksiz olduqlarının fərqində olmazlar.

- Bacarıqsız insanlar əslində olmayan bacarıqlarını göstərməyə çalışarlar.

- Bacarıqsız insan bacarıqlı insanları heç vaxt qiymətləndirə bilməz.

- Əgər bacarıqlarını artırmağa çalışsalar, onda bacarmadıqlarının fərqinə vara bilərlər.

Dəyərləndirmə zəifliyi:

İki mütəxəssis daha sonra, bu teoremləri test ediblər. Cornell universitetində 45 tələbə arasında test aparılıb. Testdə ən zəif nəticə göstərənlərdən nə nəticə göstərəcəkləri soruşduqda, testin 60% doğru cavab verəcyini, hətta biraz hazırlaşsaydı bunun 70% olacağını bildirib. Əslində isə bu tələbələr 10% və daha az nəticə göstərənlər idi. Digər qrup isə 90% doğru cavablandırmağına baxmayaraq, bu göstəricinin 70% ola biləcəyini deyib. Göründüyü kimi savadlı tələbələr daha təvazökar olduğu halda, çox az savadı olanlarda eqo yüksək səviyyədə özünü göstərir. Buna bəzən superiorite illüziyası də deyilir. Mənası isə üstünlük yanılmasıdır.

 

Etdikləri bu təcrübə nəticəsində alimlər 2000-ci ildə Antiobel mükafatı qazandılar.

Burdan çıxacaq nəticə bir şeylər bacarırsınızsa və öz üzərinizdə işləyirsinizsə, onda eqonuzu deyil, öz güvəninizi artırın. İnanın və çalışın.