Hamısı-bir-yerdə kompüterlərdə GTX 1080 dövrü

146

Ümumiyyətlə təvazökar təchizatlar müəyyən edən Hamısı-Bir-Yerdə kompüter sistemləri, GTX 1080 ekran kartı ilə oyunçuların da ilk seçimlərindən biri olmağa hazırlaşır.


Oyun sevərlərin maraqla gözlədiyi performans canavarı Nvidia GeForce GTX 1080 ekran kartı, bir çox kompüter kassasında indidən yerini ayırtmış vəziyyətdə. Mobil tərəfdə də fərqli bir versiya ilə gözlədiyimiz GTX 1080, fərqli bir sektoru daha ayağa qaldırır. Ümumiyyətlə ofis tətbiqləri kimi aşağı gücdəki əməliyyatlar üçün istifadə edilən Hamısı-Bir-Yerdə kompüter sistemləri, son dövrdə güclü nümunələri ilə qabığını qırmağa başladığını göstərmişdi. İndi Hamısı-Bir-Yerdə kompüter sistemləri GTX 1080 ekran kartı ilə oyunçuların da ilk seçimlərindən biri olmağa hazırlaşır.


ABŞ-lı Digital Storm tərəfindən Computex 2016 sərgisində gətirilən Aura adındakı Hamısı-Bir-Yerdə kompüter modeli, Nvidia GeForce GTX 1080 Founders Edition ilə oyunçuların 4K səviyyəsində belə ilişmədən oyun oynamalarını təmin edə biləcəkdir. Skylake və BROADWELL-E əsaslı prosessor variantlarının olduğu sistem, firmanın öz maye soyutma həllindən istifadə edir. 34 düymlük 3440x1440 piksel dəqiqliyində əmsalı 60Hz qövslü bir ekrana sahib olan modelin, yuxarıda saydığımız konfiqurasiyası çox bahalıdır.Qiyməti 2600 $ səviyyəsinə qədər gedib çıxır. Gigabyte Z170N-Gaming 5 Mini-ITX üzərində formalaşan sistemdə,GeForce GTX 960, GTX 980, Titan X 12GB, 32GB DDR4 2666MHz RAM, 1TB 7200RPM HDD kimi geniş bir variant təklifi var. Hələ X99 əsaslı bir anakart variantı əlavə olunmamışdır. Başlanğıc qiyməti 1999 $ olan sistem, oyun sevərlərin kompüter yığdırarkən mütləq göz atacağı bir alternativ halına gələcəkdir. Nvidia G-Sync texnologiyasının olmadığını təxmin etdiyimiz sistem, bu mənada bir az geridə qala bilər. Model ABŞ və Kanadada satışa təqdim ediləcək.


 
    Polad Tağıoğlu
   Redaktor