Hansı messencer təhlükəsizdir? Pavel Durov ilə Edvard Snouden arasındakı mübahisə

303

ABŞ-ın Milli Təhkəsizlik Agentliyi-nin (MTA) keçmiş əməkdaşı Edvard Snouden WhatsApp-ın Telegram-dan daha təhlükəsiz messencer olduğunu bildirib.

Telegram-ın təsisçisi Pavel Durov isə bu bəyanatların əsassız olduğunu bildirərək WhatsApp-ın zəif nöqtələrini qeyd edib. Məlumata əsasən Twitter istifadəçilərindən biri Edvard Snouden-dən Pavel Durov-un yaratdığı TeleGram messenceri haqqında nə fikirləşdiyini soruşub Edvard Snouden isə öz növbəsində bildirib ki, standart şəraitdə istifadə zamanı Telegram WhatsApp-dan daha az güvənlidir. Hal-hazırda WhatsApp-ın hər bir çatı end-to-end şifrələnməsi əsasında çalışır. Telegram-da isə bu şifrələnmədən yalnız sirli çatlarda istifadə etmək olar.

Buna cavab olaraq Pavel Durov bildirib ki, WhatsApp istifadəçilərinin çox hissəsi öz məlumatlarını şifrələnməmiş halda Google DriveiCloud-da saxlayırlar. "Nəticədə WhatsApp-da olan ismarıcların 80%-i və məlumatların 100%-i ABŞ serverlərində saxlanılır. BunlaR isə müəyyən dövlət orqanları üçün açıq bir şəkildədir. Əgər istifadəçilərdən biri backup-ı deaktiv etsə belə digər istifadəçilər öz məlumatlarını müəyyən servislərdə saxlaya biləcəklər. Bu WhatsApp üçün sıfır səviyyəsində təhlükəsizlikdir” – deyə Pavel Durov bildirib.

Edvard Snouden isə bildirib ki, xarici servislərin iş prinsipi tətbiqin özündən az şəkildə təsir yaradır. O, Durov-a Twitter üzərindən deyil tətbiqdəki servisin dəyişikliklərinin təsviri üzərindən reaksiya verməsini məsləhət görüb. Snouden istifadəçilərə TorSignal adlı messencerlərdən istifadə etmələrini məsləhət görür. Onun sözlərinə görə bunlar məlumatların toxunulmazlığı üçün nəzərdə tutulmuş ideal variantlar olmasa belə Signal "Google”ın yeni təqdim etdiyi Allo messencerindən daha təhlükəsizdir.