main-post-cover

    Haqqınızda hər şeyi bilən, hətta gələcəyinizi belə təxmin edən sayt!

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Haqqınızda hər şeyi öyrənə bilən və gələcəyinizi təxmin edən bir sayt olduğunu bilirdiniz? Watchdogs 2 və Cambridge Universitetinin ortaqlığı ilə hazırlanan Predictive World layihəsi, bunu tam olaraq təmin edən bir saytdır.

    Xəyal ilə reallığın arasındakı xəttin kifayət qədər nazikləşdiyi bir əsrdə yaşayırıq. Hər gün internetdə bir çox şey paylaşırıq və hardasa bütün həyatımızı internetdə yaşayırıq. Bu zərərsiz bir şeymiş kimi görünə bilər. Bəs sizin kim olduğunuzu bilən, məlumatlarınızı skan edən bir sayt olduğunu bilirdiniz? Daha da qorxuncu bu sayt, gələcəkdə nə olacağınızı, hətta necə davranacağınızı belə təxmin edir! 


    Saytın adı "Predictive World”, yəni "Təxmin edilə bilən dünya”dır və onsuz da tam olaraq bu işi görür. Facebook ilə qoşulub məlumatlarınızı paylaşdığınız sayt, hər şeyi analiz etdikdən sonra sizə yüzlərlə statistika və təxmin verir. Ömrünüz, gələcək 10 ildə öldürülmə riskiniz, iş potensialınız və risk almaq indeksiniz kimi məlumatları təqdim edir.
    Cambridge Universiteti Watchdogs 2 oyununun yaradıcılarının ortaqlığı ilə hazırlanan sayta buradan daxil ola bilərsiniz.
    Linki kopyala