main-post-cover

    "Hardcore Henry" filminin rejissorundan yeni möhtəşəm video (18+)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Yəqin ki, bir çoxlarınız rejissoru İlya Nayşuller, prodüsseri isə Timur Bekmambetov-un olduğu "Hardcore Henry” filminə baxmısınız.

    Sözügedən film tamamilə first person shooter tərzində çəkilmiş ilk film olmuşdur. "Hardcore Henry”nin böyük ekranlara çıxmasından sonra İlya yerində durmadı. Onun çəkdiyi filmin səs-sədası bütün dünyaya yayıldı və o, bir çox musiqi qruplarından, prodüsserlərdən təkliflər almağa başladı. Onlar İlya-dan filmin tərzində bir şey yaratmasını istəyirdilər. Rejissorun yeni işini sizlərə təqdim edirik. Lakin öncədən qeyd edək ki, videoda zorakılığ səhnələri olduğundan o, tamamilə 18+ auditoriyası üçün nəzərdə tutulmuşdur.
    The Weeknd adlı musiqiçi ABŞ-da və Kanada-da çox məşhurdur. "Technote.az”ın "Hi-news.ru”a istinadən verdiyi xəbərə əsasən o, popR&B janrlarında musiqilər ifa edir. Məhz onu, İlya böyük namizədlər siyahısından seçmişdir. "False Alarm” adlı musiqiyə çəkilmiş klipin süjet xətti bankı qarət etdikdən sonra girov ilə birlikdə polislərdən qaçan soyğunçulardan bəhs edir. Klip action səhnələrin və kiçik detalların çoxluğundan adamı heyrətləndirir. Texniki cəhətdən video inanılmaz yüksək səviyyədə hazırlanıb. Bilinir ki, İlya keçən bu illər ərzində çox şey öyrənərək öz bacarıqlarını daha üst səviyyəyə çatdırıb.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər