main-post-cover

    Harvard alimləri "Bionik yarpaq" ilə maye yanacaq əldə etməyi bacarıb

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Harvard alimləri yeni inkişaf etdirdikləri sistemlə süni fotosintez nəticəsində yaranan hidrogeni maye yanacağa çevirməyi bacarıb. Gələcək üçün əhəmiyyətli olan inkişafın detalları xəbərimizdə.

    Harvard tədqiqatçıları yeni hesabatlarında inkişaf etdirdikləri yeni texnologiya ilə günəş enerjisiylə suyu hidrogen və oksigenə ayırmağı bacardıqlarını qeyd ediblər. Daha sonra isə ortaya çıxan hidrogeni bakteriyalar köməyiylə maye yanacağa çevirdiklərini və bu əməliyyat əsnasında isə atmosferdən karbondioksidin təmizləndiyini bildiriblər.

    "Bionik Yarpaq 2.0" olaraq adlandırılan sistem Harvard professorları Daniel Nocera və Pamela Silver tərəfindən inkişaf etdirilmişdir. Harvard qəzetinə verdiyi müsahibədə sistem üçün "Gerçək bir süni fotosintez sistemi" sözünü istifadə edən Nocera şərhində, "Daha əvvəl insanlar süni fotosintezi yalnız suyu ayırmaq üçün istifadə edirdilər‚ ancaq bu gerçək A'dan Z'yə bir sistemdir, və biz bu anda təbiətdəki fotosintezin məhsuldarlığını da aşmış vəziyyətdəyik. " sözlərinə yer verib. Hidrogen yaradılması üçün nikel-molibden-sinkin katalizator olaraq istifadə edildiyi ilk sistemdə yanmadan ortaya çıxan bəzi molekullar bakteriyaların ölməsinə səbəb olduğu üçün sistem çox yüksək voltlarda işləməlidir və bu səbəb əldə edilən məhsuldarlığı aşağı salıb. Daha sonra yaradılan yeni sistemdə kobalt-fosfor katalizator olaraq istifadə edilib bakteriyaları öldürən molekulların meydana gəlməyinin qarşısı alınıb və lazım olan gərginlik səviyyəsi aşağı salınaraq məhsuldarlıq yüksək səviyyələrə çıxarılıb. Məhsuldarlıqdan bəhs etmişkən son vəziyyətdə 10% səviyyəsində məhsuldar olan sistem % 1 səviyyələrində məhsuldar olan bitkilərə görə olduqca yüksək səviyyədədir və bu vəziyyətdə ticarət üçün  istifadəyə olduqca əlverişli olduğu ifadə edilir.
     

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər