Harvardlı psixoloqdan kollektivdə müsbət fikir formalaşdırmaq üçün məsləhətlər

290

Amy Cuddy-ə görə, insanlar sizinlə tanış olduqda sadəcə bir sual onları maraqlandırır və bu sualın cavabı sizə qarşı yarana biləcək başlanğıc münasibətləri formalaşdırır.

Sual isə belədir: "Ona inanmaq olar?”

Təbii ki, heç kim sizdən gəlib bu sualın cavabını soruşmayacaq. Sualın cavabı sizin formalaşdırdığınız təəssüratdan asılı olduğundan bir növ sualın cavabını da özünüz vermiş olursunuz. Bu yazıda sizə özünüz haqda necə düzgün fikir formalaşdırmaq haqda yazı paylaşacağıq.

1. Danışmaqdan çox dinləyin

Sual verin, göz təması qurun, gülümsəyin, cavab verin, amma cavabı filosofiyaya qədər aparmayın. Qarşınızdakına onu anladığınızı göstərin. Danışarkən sizdən istənmədiyi təqdirdə məsləhət verməyin. Çünki dinləmək tövsiyə verməkdən daha çox onunla maraqlandığınızı ifadə edir. Məsləhət verməzdən əvvəl "Mən onun yerində olsam necə edərdim, necə olardı?” sualı ilə özünüzə müraciət edin.

2. Diqqətinizi başqalarının üzərinə çəkmək


İnsanların məşğul olduğu işi dəyərləndirin. Onlara işlərində uğurlu olduqlarını deyin. Bu qarşınızdakı insana stimul verməklə bərabər sizə qarşı müsbət fikir formalaşmasına şərait yaradacaq.

3. Qarşınızdakını dinləyin.


Bəzi insanların ehtiyacı olan yeqanə şey onların diqqətlə dinlənməsidir. Belə olduqda qarşınızdakı şəxs öz fikirlərini toplayır və bu halda hətta özü üçün doğru qərarı da qəbul edə bilir. Belə olan halda sizin orda olmağınız sizə bir bal daha üstünlük qazandırır.

4.Əşyalarınızı ortadan qaldırın.

Biri ilə söhbət edərkən başqa şeylərlə məşğul olmayın. Telefona baxmaq, monitora baxmaq, saata baxmaq qarşınızdakı şəxsin sizin ona qarşı laqeyd olduğunuz fikrini formalaşdırır. Danışan insana bir müddətlik öz vaxtınızı hədiyyə edin. Unutmayın ki, bu hədiyyənin böyük mənəvi dəyəri mövcuddur.

5. Almadan əvvəl verməyi və qarşılıq gözləməməyi öyrənin.
6. Özünüzdən razı halda ortalıqda dolanmayın

Özünüzü digərlərindən üstün tutmağınız sizi kollektivdə daha zəif əlaqə qurmağınıza səbəb ola bilər. Onsuzda siz sahib olduğunuz bütün mənfi və müsbət tərəflərə bələdsiniz. Əsas olan isə sahib olduğunuz müsbət keyfiyyətləri digərlərinə doğru çatdırmaqdır. Unutmayın ki, siz digərlərini öyrətdiyiniz kimi onlarda sizə nələrsə öyrədə bilərlər.

7. İstifadə edəcəyiniz sözləri seçərkən diqqətli olun.

Seçdiyiniz kəlimələr sizin başqalarına olan münasibətinizi ortaya çıxarır. Məsələn, bir toplantıda iştirak edirsiniz, məqsədiniz sadəcə insanları tanımaq olsun və ya işə müraciət edənlərlə müsahibə götürürsünüz, məqsədiniz öz savadınızı nümayiş etdirmək deyil, doğru şəxsi seçmək olsun.

8. Başqalarının uğursuzluğunu müzakirə etməyin.

İdeal insan yoxdur, hamımız səhv edə bilərik. Çalışın ki, heç vaxt başqalarının səhvlərini kollektivdə müzakirə etməyin. Çünki belə insanlar heç vaxt hörmətlə qarşılanmazlar. Başqalarını mühakimə etmədən özünüzün nə qədər ideal olduğunuzu düşünün. Sizi tanımayan adam belə etdiyinizi görsə sizə daha çox diqqət yetirməyə, davranışlarınızda səhv axtarmağa başlayacaq.

9. Mümkün qədər öz səhvlərinizi və uğursuzluqlarınızı etiraf etməyə çalışın.

Uğursuzluğunuzu etiraf etmək sizi zəif göstərməz. Əksinə öz səhvlərinizi yumorla birləşdirsəniz, bu sizə qarşı simpatiya formalaşmasına şərait yaradar. Necə deyərlər ən böyük siyasət dürüstlükdür.

Beləliklə, burda bir neçə qaydaya riayət etməklə özünüz haqda doğru fikir formalaşdıra bilərsiniz. Özünüzə qarşı maraq oyatmaq üçün mükəmməl olmağınıza ehtiyac yoxdur. Sizdən tələb olunan sadəcə səmimilikdir. Mütəvazi olun. Uğursuzluqlarınızı paylaşın. Xətalarınızı etiraf edin. Öyrədici bir hekayə olun, amma özünüzü üstün tutmayın. Özünüzə gülməyi bacarın. İnanın ki, belə olan halda insanlar sizin xətalarınıza gülməyəcək, sizin gülüşünüzə qoşulacaqlar. Sırf sizi bunun üçün sevəcək və ətrafınızda olmaq istəyəcəklər.

Və yekun...