main-post-cover

    Heç tələb olmadığı halda satışları bir anda yüksələn şirkətin maraqlı reklam strategiyası

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Heç tələb görmədiyi halda marketinq siyasətinə etdiyi dəyişikliklə bir anda məşhurlaşan marka.

    1950-ci illərdə Betti Kroker adlı hazır kek qarışımı çox populyar olduğu halda bir çox ev xanımları bu məhsulu almaqdan boyun qaçırırdılar. Səbəbi isə çox sadə və maraqlı idi. Bir çoxlarımızın imtina edə bilmədiyimiz qida məhsulları o dövrdə o qədər də rəğbət görmürmüş. Belə ki, həmin dövrdə bir çox qadın kekin hazır olması və onun bu işdə heç bir şeyə səy göstərmədiyini nəzərə alıb, imtina edirdi. Zaman keçdikcə hazır qidaların çoxalması və qadınların bu fikri bəyənməyinə baxmayaraq, imtina etməsi firma sahiblərinin diqqətini cəlb etdi. Bundan sonra psixolanalitik Ernest Diçter istehlakçını narahat edən bu xüsusiyyətləri ortaya çıxardı. Belə ki, xanımların belə məhsulları hazırlayarkən əlavə səy göstərməməsi onların özünü günahkar hesab etməsinə səbəb olurmuş. Bunu ortaya çıxaran Ernest markanın istehsal etdiyi bu hazır məhsulların paketlərində belə ifadə yazmağı tövsiyyə etdi. Bununla da hər hansı xanım belə hazır kekləri istifadə edərkən tərəddüt etməyəcəkdi. Yazı isə çox sadə idi: ”Ev xanımı qarışıma iki yumurta əlavə etməlidir.”

    Bundan sonra satışlar bir anda 100% dəyişdi və heç qəbul edilməyən məhsul bir anda ən çox istehlak olunan məhsul halına gəldi.
    Linki kopyala