main-post-cover

    Heç yerdə işləmədən, 2 milyon dollar xərcləyib, Aston Martin, Maserati sürən adam

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Bir bankda hesab açan və əlavə kartında limit olmadığının fərqinə varan adam, həmin kartdan 2 milyon dollar pul xərclədi.

    Luke Moore, 22 yaşında olarkən St. George Bankında bir hesab açdırdı. İşsiz olması səbəbi ilə dövlətdən maddi yardım da alan gənc, açdırdığı hesabına əlavə edilmiş kartın limitsiz olduğunun fərqinə varandan sonra lyuks bir həyat yaşamağa başladı. Özünə lyuks avtomobil və bir qayıq satın alan adam, bu arada Taylanda gedərək istirahət etməyi də yaddan çıxarmayıb. Hətta Bob Dylan, Michael Jackson kimi ifaçıların imzalı albomlarını da satın alıb.
     
    Vəziyyətdən bu qədər xərcləmələrdən sonra xəbərdar olan Bank, Moore-un 2 milyon dollardan çox borcu olduğunu anlayaraq hüquq-mühafizə orqanlarına müraciət etdi. New South Wales Cəza Məhkəməsi, saxtakarlıq etmədiyi üçün 5 ay cəza evində yatan Moore-u sərbəst buraxdı.
    Striptizçi qadınlar və sürətli avtomobillərdən ötrü darıxacaq olsa da eyni səhvi təkrar etməyəcəyini deyən Moore, "Sahib olduğum hər şeyi geri verməli oldum və indi adi bir avtomobilim var. Ancaq belə daha xoşbəxtəm. Ailəm və dostlarımın sahib olduğum ən dəyərli xəzinə olduqlarının fərqinə vardım.” dedi.
     
    İki il boyunca lyuks içində yaşayan Moore-un qaytardıqlarının arasında Aston Martin və Maserati marka avtomobillər, birdə Stessl marka qayıq yer alır. İndi isə universitetə təkrar geri qayıdan dostumuz, dövlətdən ayda 1200 dollar tələbə yardımı alaraq yarıda saxladığı hüquq fakültəsini bitirməyə çalışır.
    Linki kopyala