main-post-cover

    Heçkimin Yaşamaq İstəməyəcəyi Bir Yerdə Yaşamağa Nə Deyirsiniz?

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Belçikadakı evsizlik probleminə diqqət çəkmək üçün hazırlanan kampaniya AirBnb tərzində bir sayt üzərindən, evsizlərin küçədə yatmaq məcburiyyətində qaldıqları nöqtələri göstərir.

    Solidarité Grands Froids (Böyük Soyuq Həmrəyliyi), evsizlərin ehtiyacları üçün maarifləndirmə yaratmağa çalışan Belçikalı bir gəlir məqsədi güdməyən təşkilatdır. Xüsusilə qış aylarındakı soyuqlarda küçədə evsiz olmağın nə demək olduğuna diqqət çəkmək istəyən qurum, TBWA Belgium ilə birlikdə "Live where nobody wants to live” (Heçkimin yaşamaq istəmədiyi bir yerdə yaşa) adlı təsirli bir işə imza atdı.
    Qurulan internet saytı, ilk baxışda Airbnb tərzində qısa müddətli ev kirayələmək saytlarına oxşayır. Ancaq Notfairbnb adını daşıyan bu saytın məqsədi Airbnb-dən çox fərqlidir. Bu saytda rahat və komfortlu evlər, luks məkanlar yox; evsiz insanların yatdığı və yaşadığı həqiqi nöqtələr seçilərək, şəkilləri çəkilib. Məkanların hamısı xəritə üzərində də real adresləri ilə görülə bilinir. Küçəyə atılmış bir döşək, pis bir küncdə qutularla yaradılmış bir sığınacaq… Altında isə görüntülərlə təzad, səciyyəvi AirBnb açıqlamalarıMəsələn:
    "Şəhərdə və rahat! Bu möhtəşəm otaq, Bruxelles-Chapelle mərkəzinin ön tərəfinə baxır, 5-7 nəfər rahatlıqla yaşaya bilər. Divardakı qraffitilər otağa şəhərli və cool bir hava qatır! Siz və dostlarınız ən yüksək keyfiyyətli döşəklərdə yatacaqsınız. Rahatlığınıza qarantiya verilir! Zibillərinizi istədiyiniz yerə ata bilərsiniz!”
    Məkanın xüsusiyyətləri isə: Pis qoxu, istilik yox, gigiyenik deyil, isti qarşılama, siqaret atıqları servisi, qorxunc mənzərə ; deyə izah edilir.




     

    "Heç kimin yaşamaq istəmədiyi” bu məkanlardan birini kirayələsəniz, Solidarite Grands Froids qurumuna elanda yazan məbləğ qarşılığında dəstək göstərmiş olursunuz.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər