main-post-cover

    Hədəfini izləyən mərmi kəşf olundu

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    ABŞ Təhlükəsizlik Nazirliyinə bağlı Təhlükəsiz Araşdırma Layihələri Agentliyi, istiqamətini dəyişə bilən 50 kalibrlik mərmi icad edib

    Bu vaxta qədər ancaq kinolarda gördüyümüz "hədəfini təqib edən mərmi” Amerikanın Təhlükəsiz Araşdırma Layihələri Agentliyi tərəfindən icad olunub. 50 kalibrlik mərmi haqda məlumat verən nümayəndələr, mərminin atəş açıldıqdan sonra istiqamət dəyişdirə bildiyini və "real vaxt optik bələdçi sistemi” istifadə olunaraq dizayn olunduğunu bildirib. Mərminin ABŞ-lı əsgərlərinin Əfqanıstandakı savaş sırasındakı şikayət və təcrübələri bir araya gətirərək ərsəyə gəldiyini , "Ordu mənsubu snayperlər üçün, Əfqanıstanda sıxlıqla müşahidə olunan tozlu və küləkli ərazi kimi əlverişsiz şəraitdə hərəkətli hədəfləri ələ keçirmək, mövcud texnologiyayla çox çətindir" deyə fikirlərini paylaşıb. İdarə olunan snayper güllələrinin təqdimatını ilk dəfə 2014-ci ildə edən agentlik, sonrakı il isə ilk canlı atış sınaqlarını reallaşdırmışıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər