Həftənin ən yaxşı Android oyunları (10 Dekabr)

693

Həftə sonu gəldi və sizləri yenidən ənənəvi olaraq həftənin ən yaxşı Android oyunları ilə tanış edirik.

Distraint: Pocket Pixel Horror

Oyunun baş qəhrəmanını müxtəlif tələlər, düşmənlər və tapmacalar ilə dolu evin qaranlıq otaqlarından keçirdin. Baş qəhrəman dələduzluq vasitəsilə həmin evin bütün sərvətini yaşlı qadından alıb. Bu əməlin cəzası isə özünü gözləmədi. Belə ki, baş qəhrəman öz vicdanı və qorxuları ilə üz-üzə gəlməlidir. Ona, naməlum evdən çıxmağa kömək edin. Personajı istənilən istiqamətdə hərəkət etdirərək müxtəlif obyektlərlə qarşılıqlı əlaqədə olun və tapmacaların cavablarını taparaq qapıların qıfıllarını açın. Oyunu burdan yükləyə bilərsiniz.

Ecotone Pocket

Bildiyiniz hər şeyi unudun. Bu oyunda siz quperqəhrəman olub dünyanı xilas etməyəcəksiniz. Siz hətta özünüzü belə qurtara bilməyəcəksiniz. Süjetə əsasən baş qəhrəmanın ruhu, fiziki və həndəsi qanunların işləmədiyi Ecotone adlı kainata düşür. Sizdən tələb olunan isə personajın ruhunu müxtəlif növ 20 oyun səviyyəsindən keçirtməkdir. Lakin bu elədə asan olmayacaq. Ruhun azad olması üçün o, xüsusi maskanı tapmalıdır. Həmin maskanı isə sehirli məxluqlar qoruyurlar. Oyunu burdan yükləyə bilərsiniz.

RoverCraft

RoverCraft, öz tərzi və gameplay xüsusiyyətinə görə tamamilə Hill Climb Racing oyununa bənzəyir. Lakin RoverCraft-ın əsas özəlliyi ondadır ki, burda oyunçular nəqliyyat növünü özləri yığa bilərlər. Nəqliyyat dedikdə isə söhbət planetlərin səthində olan rover adlı nəqliyyatdan gedir. Oyunun əsas ekranı, planetlər şəklində oyun səviyyələrinə bölünmüş singleplayer rejimdən ibarətdir. Həmçinin burda missiyalar, turnirlər və nailiyyətlər bölməsi də var. İstənilən xəritəni seçdikdən sonra oyunçu öz rover nəqliyyatını arzusuna görə yığa biləcək. Bundan sonra planetləri fəth etməyə yollanmaq olar. Oyunu burdan yükləyə bilərsiniz.