main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (11 Fevral)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
    Rocket Shock 3D Alpha
    Bu oyunda sizlər, robot qismində oynayacaqsınız. Robot qismində siz müxtəlif xəritələrdə keçiriləcək döyüşlərdə iştirak edəcəksiniz. Yaxşı silahlanmış robotu idarə edərək onu döyüş ərazisi boyunca hərəkət etdirin və öz düşmənlərinizə qarşı fasiləsiz atəş açın. Öz təkmilləşdirilmiş silahlarınızdan istifadə edərək döyüş meydanında hərəkət edən düşmənlərinizi məhv edin. Bundan əlavə olaraq düşmənlərinizin atəşlərindən qorunmaq üçün bir çox maneələrdən və robotun tullanmaq xüsusiyyətindən istifadə edin. Həmçinin sözügedən oyunun multiplayer rejimindən istifadə edərək öz dostlarınızla da döyüş aparın. Oyunu burdan yükləyə bilərsiniz.
    Drone Battles Multiplayer Game
    Son zamanlarda dronlar ən məşhur cihazlardan biri halına gəliblər. Oyun yaradıcıları bundan istifadə edərək sözügedən oyunu təqdim ediblər. Bu oyunda istifadəçilərin idarə etdikləri dronlar bir-biriləri ilə döyüşürlər. Əsas məqsəd daha çox rəqibi məhv etmək və ya daha çox yükü lazımi nöqtəyə çatdırmaqdır. Hər bir oyunçu öz oyun tərzini seçə bilər. Dronları isə həm daxili, həmdə xarici cəhətdən təkmilləşdirmək olar. Döyüşlər isə dünyanın müxtəlif yerlərində cərəyan etdiyi üçün xəritələr müxtəlifdir. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər