main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (11 Mart)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
    2 Cars
    Bir çox mobil oyunların məğzi çox sadədir. Siz müəyyən bir personajı idarə edirsiniz və çalışırsınız ki, həmin personaj daha yüksək nəticələr əldə etsin. Lakin əsas personajların sayı 2-ə çatsa, onda necə? Təbii ki, bu zaman istifadəçi, ikiqat öz reaksiyasını və diqqətini artırmalıdır. Sözügedən 2 Cars oyunu sizlərə bu hissi yaşada bilər. Oyunun əsas özəlliyi isə onun çox çətin olmasıdır. 2 Cars, öz mobil oyunları ilə məşhurlaşmış Ketchapp studiyasının məhsuludur. Oyuna başlayan zaman sizin qarşınızda 4 xətli yol təqdim olunacaq. Həmin yol ilə iki avtomobil hərəkət edir və hər bir avtomobil üçün iki yol zolağı nəzərdə tutulub. Qırmızı avtomobil sol tərəfdə, göy avtomobil isə sağ tərəfdə yerləşir. Ekrandakı lazım yerə klik etdikdə avtomobil həmin yerə dönəcək. Təbii ki, bunu tez-tez etmək lazım gələcək. Belə ki, yolda çoxlu sayda maneələr olacaq. Yolda rastlaşacağınız qırmızı işarələri götürməli, göy rəngdə olanları isə buraxmalısınız. Oyunun əsas özəlliyi ondan ibarətdir ki, siz eyni anda iki avtomobilə də diqqət ayırmalısınız. İnsan isə iki obyektə eyni anda diqqət ayıranda onun beyni çətin vəziyyətə düşür və istənilən anda səhv edə bilər. Oyunu burdan yükləyə bilərsiniz.
    Hopeless 2
    Bu oyunun horror janrında olduğunu biləndə istər-istəməz insanda təəccüb yaranır. Belə ki, oyunun baş qəhrəmanları əslində heç də horror janrında olan bir oyunda iştirak edən personajlara oxşamır. Oyunda əsas məqsəd oyun səviyyələrində göydə yerləşən qutulara atəş açaraq, sizə oxşar digər personajları xilas etməkdir. Hadisələr isə bilinməyən səbəbə görə qaranlıq və qorxunc bir mağarada cərəyan edir. Baş qəhrəmanlar kiçik vaqonetə minərək həmin mağarada qorxunc macəraya çıxırlar. Mağarada isə çoxlu sayda müxtəlif məxluqlar var və onlar istənilən anda qaranlıqdan sizə hücum edə bilərlər. Onlara təbii ki, siz atəş açmalısınız. Lakin bu zaman diqqətli olmaq lazımdır. Belə ki, məxluqların yerinə həmdə sizə oxşar digər personajlar da qarşınıza çıxa bilər. Nə qədər çox həmin personajları xilas etsəz o qədər də ulduz qazanacaqsınız. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər