main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (14 Yanvar)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
    The Hacker
    Oyunda hadisələr virtual reallıqda cərəyan edir. Həmin virtual reallıqda isə çoxlu strateji elementlər var. Sizdən tələb olunan, öz oyunçunuz üçün müxtəlif bacarıqları alıb onları təkmilləşdirməkdir. Sözügedən bacarıqlar vasitəsilə sizin idarə etdiyiniz personaj, oyunun səviyyələrə arasında teleport olunacaq, düşmənlərin yollarını block edəcək və hətta onları məhv edəcək. Bu oyunda siz öz missiyalarınızı seçə bilə, öz imkanlarınızı təkmilləşdirə bilərsiniz. Bütün bunlar smartfon ekranında əks olunacaq xüsusi idarəetmə panelindən reallaşdırmaq mümkündür. Oyunu burdan yükləyə bilərsiniz.
    Into The Sky
    Sözügedən oyun, məntiqli oyunlar siyahısındandır. Oyunçu, güzgüləri elə yerləşdirməlidir ki, onlar lazerdən şüalanan işığı müəyyən istiqamətə yönəltsinlər. İlk səviyyələr asan olsalar da sonrakı missiyalar getdikcə çətinləşəcək. İlk başdan sizin idarə etdiyiniz robot kvadrat formalı sahədə əşyaları hərəkət etdirəcək. Lakin sonradan oyunun çətinliyi artdıqca həmin əşyalaraı qəliz mühitlərdə hərəkət etdirmək lazım gələcək. Into The Sky tapmaca sevənlərin ürəyincə olacaq. Oyunu burdan yükləyə bilərsiniz.
    Highway Traffic Racer Planet
    Görünür yarışlar oyun dünyasının həmişə dəbdə olacaq janrlarından biridir. Sözügedən oyunda sürücü öz avtomobili ilə şəhər mühitində yalnız bir məqsədlə hərəkət edir. Daha çox xal yığmaq. Bu cür gameplay özəllikli oyunlar çoxdur. Lakin bu oyun digərlərindən bir qədər fərqlənir. Belə ki, oyun xoşagələn qrafikaya və müxtəlif oyun səviyyələrinə sahibdir. Həmçinin oyunda çoxlu avtomobil seçimi var. Siz istədiyiniz avtomobili idarə edə bilərsiniz. Bura hətta Formula-1 avtomobili belə daxildir. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala