main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (17 Dekabr)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı oyunlarını sizlərə təqdim edirik.
    Symmetria: Path to Perfection
    Perfeksionizm haqqında nə bilirsiniz? Bu, daha yaxşı nəticə qazanmaq, kiçik detallara diqqət yetirmək və hər şeyi simmetrik şəkildə etmək arzusudur. Əsl perfeksionistlər üçün olan bu oyunda oyunçu bütün diqqətini cəmləməlidir. Oyuna başlayan zaman ekranda iki ərazi əks olunacaq. Həmin ərazilərdən birində isə rənglənmiş kvadrat şəkilli fiqurlar var. Oyunçudan tələb olunan, həmin boş ərazidəki yerləri elə rəngləməyidir ki, rənglənmiş yerlər kvadrat şəkilli fiqurların olduğu ərazidəki yerlərlər simmetrik olsun. Bunu nə qədər sürətlə etsəz bir o qədər yaxşıdır. Oyunu burdan yükləyə bilərsiniz.
    Creature Battle Lab
    Dünyanın ən maraqlı laboratoriyası Creature Battle Lab-a xoş gəlmişsiniz. Bu laboratoriyada oyunçu, istədiyi tərzdə müxtəlif növ məxluqlar yaradaraq onları döyüşdürə bilər. Bu oyun, sözügedən janrda olan digər oyunlara bənzəmir. Siz, yaradacağınız bütün məxluqların yaranma prosesinə tamamilə nəzarət edəcəksiniz. Onların necə görünüşə sahib olacağını və hansı qeyri-adi bacarıqlara sahib olacaqlarını siz müəyyənləşdirəcəksiniz. Oyunu burdan yükləyə bilərsiniz.
    Yield
    Bu oyunda oyunçu avtomobili idarə edərək yoldakı qızılları yığmalıdır. Lakin bunu etmək asan səslənsə də əslində qəlizdir. Belə ki, avtomobili yolda bir çox maneələr, digər avtomobillər və hətta uçuşları ilə görüntünü bağlayan təyyarələr gözləyir. Yığılmış qızıllar vasitəsilə isə yeni avtomobil növləri almaq olar. Əsas lazım olan sürətli reaksiyadır. Onsuz mümkün olmayacaq. Oyunu burdan yükləyə bilrəsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər