main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (18 Fevral)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.

    Pokemon Duel
    Strategiya janrında olan sözügedən oyun, Pokemon seriyasının fiqurlarını özündə birləşdirir. 6 ədəd pokemon fiqurundan istifadə edərək komanda yığın və rəqibə qarşı döyüşə çıxın. Oyunda hər bir pokemon özünəməxsus hərəkət və gücə sahibdir. Təkbətək döyüşlərdən əlavə olaraq Liqa döyüşlərində də iştirak edin. Oyunu burdan yükləyə bilərsiniz.
    KUBOOM
    Yeni 3D shooter janrlı KUBOOM oyunu tamamilə krosplatformalıdır. Yəni bu oyunda istər kompüter, istərsə də smartfonda oynayanda hamı bir serverdə oynayır. Yəni bütün dünyadan olan oyunçular bir yerdə birləşirlər. Oyun həmçinin ən zəif kompüterlərdə belə yaxşı qrafikaya sahibdir. 3 rejimdə və klan döyüşlərində iştirak edin. Döyüş üçün olan 15 xəritədən və 35 növ silahdan istifadə edin. Oyunun dinamik gameplay-i onu digər oyunlardan fərqləndirən edir. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər