main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (18 Mart)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
    Deep Town
    Sözügedən oyunda siz, kainatın müxtəlif yerlərində yerləşən planetlərdə təbii qazıntılar tapmalı olacaqsınız. Oyunun məğzi çox sadədir. Təbii qazıntıları tapırsınız və onları sataraq pul qazanırsınız. Daha sonra həmin pula müxtəlif texnika alırsınız. Yeni alınmış texnika sayəsində isə təbii qazıntıları daha sürətlə tapırsınız. İlk başlayanda sizin üçün yalnız bir neçə primitiv robot işçi aktiv olacaq. Lakin bir neçə müddətdən sonra təbii qazıntıları daha rahat üsul ilə tapmaq üçün böyük kombaynlar aktiv olacaq. Təbii qazıntıları axtaran zaman siz, təhlükəli yadplanetli məxluqlar ilə qarşılaşa bilərsiniz. Təbii ki, bu zaman onları aradan qaldırmaq lazım gələcək. Oyunu burdan yükləyə bilərsiniz.
    Cubiscape
    Bu məntiqi oyunda siz, kublardan ibarət dünyada kiçik bir şarı idarə edəcəksiniz. Şarı hərəkət etdirən zaman nəinki şarın özü, hətta kublardan ibarət oyun səviyyəsi də hərəkət etməyə başlayacaq. Əsas məqsəd, şarı, lazımi yerə o vaxta qədər çatdırmaq ki, həmin yer kublar tərəfindən bağlanmasın. İlk baxışdan sizə elə gələ bilər ki, hər bir oyun səviyyəsində eyni üsuldan istifadə edərək şarı, lazımi yerə çatdırmaq mümkün olacaq. Lakin bu belə deyil. Belə ki, hər bir oyun səviyyəsi, quruluş cəhətdən bir-birindən fərqlənir. Prosesi həmçinin müəyyən vaxtdan sonra peyda olacaq görünməz maneələr və tələlər də çətinləşdirəcək. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala