main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (19 Noyabr)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bu həftə də sona çatır. Beləliklə sizləri bu həftənin ən yaxşı Android oyunları ilə tanış etməyin vaxtıdır.
    Break Liner
    Oyun sektorunda "Ketchapp” fenomen şirkətlərdən biridir. Baxyaraq ki, onların bir çox oyunları tək barmaqla idarəyə əsaslanır, bu heçdə həmin oyunların uzun müddət trenddə qalmalarına təsir etmir. Bugün ilk oyunumuz məhz bu şirkətin hazırladığı yeni Break Liner adlı oyunudur. Əgər İngilis dilini bilirsinizsə onda bu oyunun mənasını çox güman ki, artıq başa düşmüsünüz. Sözügedən oyunda hər şey sındırılması lazım olan liniya üzərində qurulub. Oyuna başlayan zaman ekranın mərkəzində uzun liniya yerləşir. Liniyanın sol tərəfində isə kosmik gəmi uçur. Həmin kosmik gəmini isə oyunçu tək barmaqla idarə edir. Bir toxunuşla kosmik gəmi sağa və sola hərəkət edir. Əsas məsələ isə ondan ibarətdir ki, gəmi öz yerini yalnız liniyada sarı hissələrin olduğu zaman dəyişə bilər. Qara hissələrdən gəmi keçə bilmir. Gəmi qara hissəyə dəysə o yenidən öz yerinə qayıdacaq. Oyunda birdə qırmızı hissələr var. Gəmi onlardan birinə dəyərsə oyun yenidən başlayacaq. Əgər gəmi bir dəfə qara hissəyə dəysə o öz rəngini qırmızıya dəyişəcək. Yəni ikinci dəfə həmin hissəyə dəymək olmaz. Liniyanın sarı hissələrindən keçən zaman oyunçu xallar toplayır. Həmin xallardan istifadə edərək yeni kosmik gəmilər əldə etmək olar. Oyunun əsas məğzi təbii ki, daha çox xal toplamaqdadır. Oyunu burdan yükləyə bilərsiniz.
    interLOGIC
    Siz, rəngli kvadratşəkilli əşyaları itələyən personaja sahibsiniz. Lakin məsələ burasındadır ki, personaj həmin kvadratşəkilli əşyaları yalnız irəli istiqamətdə itələyə bilir. Yəni onları geri çəkmək və ya sağa-sola keçirtmək olmaz. Kvadratşəkilli əşyaları bir yerə yığaraq onları məhv etmək olar. Bundan sonra oyunçu yeni səviyyəyə keçid edəcək. Beləliklə oyun davam edəcək. Hər bir səviyyənin çətinliyi getdikcə artacaq. Oyunu burdan yükləyə bilərsiniz.
    Circularity
    Bu oyunun hadisələri kosmik vakuumda cıərəyan edir. Burda asteroidlər xaotik istiqamətdə hərəkət edirlər. Oyunçu isə kiçik şar şəklində olan işığı idarə edir. Əsas məqsəd həmin kiçik işığı asteroidlərə dəymədən hərəkət etdirməkdir. Çətinlik ondan ibarətdir ki, kiçik işığı idarə etmək o qədərdə asan deyil. Asteroidlə toqquşmaq isə yolverilməzdir. Circularity çox gözəl neon tərzində yaradılıb. Bu isə oyun prosesini daha rəngarəng edir. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər