main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (22 Oktyabr)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Bu həftəki siyahımızda insanların diqqətini çəkən maraqlı oyunlar yer aldı. Beləliklə həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
    Hat Trick Shots
    "Ketchapp” studiyasının hər bir oyunu mənasız olsa da viral xüsusiyyətini daşıyır. Studiyanın yenin oyunu Hat Trick Shots da istisna deyil. Bu oyunda oyunçuların əsas məqsədi ekranda əks olunan baş qəhrəmanın papağını göyə ataraq onun əvvəlki vəziyyətdə baş qəhrəmanın başına düşməsini təmin etməkdir. Oyunda yeni papaqları almaq üçün qızıl qəpikləri yığmaq lazımdır. Həmçinin burda bəzi missiyalar da var. Həmin missiyalar papağın düzgün atılması prinsipi ilə bağlıdır. Məsələn birinci papağ atışı papağın göydə bircə dəfə fırlanması ilə müşaiyət olunmalıdır. Hər bir növbəti missiyada papağın göydə fırlanma dövrünün sayı çoxalır. Oyun çox maraqlı tərzdə yaradılıb və asan görünməsinə baxmayaraq çətinlikləri ilə oyunçuya meydan oxuyur. Oyunu burdan yükləyə bilərsiniz.
    I am Bread
    Digər platformalarda məşhurluq qazanmış bu oyun Android platformasına yaxın zamanda gəlib çıxıb. Bu oyunu həmçinin çörək simulyatoru da adlandırmaq olar. Xeyr bu zarafat deyil. Belə ki, oyunçu oyunda bir dilim çörək rolunu canlandırır. Oyunda yeganə məqsəd çörəyi tosta çevirməkdir. Lakin bu elə də asan bir iş deyil. Belə ki, çörəyin forması oyundakı mühitdə irəliləmək üçün əlverişli deyil. Lakin çörək bu çətin maneələrdən keçmək üçün bütün xüsusiyyətlərə sahibdir. Yaradıcılar çörəyin qızardılması prosesinə çox kreativ yanaşıblar. Mətbəxdə çörəyi qızardıcı plitəyə və ya tosterə yönləndirmək bir qədər asan olsa da digər yerlərdə bu çətinlik yaradır. Məsələn ikinci missiyada ətrafda toster olmadığından oyunçu ilk öncə bilyard daşını televizora atmalı daha sonra onun üzərində qızarmalıdır. Oyunu burdan yükləyə bilərsiniz. (Diqqət: Bu oyun pulludur)
    Mr. Jump
    Klassik runner janrında olan bu oyun Subway Surfers-ə bənzəsə də ondan fərqli olaraq 2D formatında hazırlanıb. Oyunçu öz reaksiya və sürətindən istifadə edərək oyunun baş qəhrəmanını maneələrə dəymədən bütün yolu keçirtməlidir. Həmçinin bu oyun oyunçunun reaksiya sürətini yoxlamaq üçün yaxşı fürsətdir. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər