main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (24 Dekabr)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Ənənəyə sadiq qalaraq həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
    Tower of the Wizard
    Tower of the Wizard adlı yeni piksel formatlı plaformerin süjet xətti sehrli dünyada cərəyan edir. Həmin sehrli dünyada isə ən qorxulu yerlərdən biri, qəddar sehrbazın qalasıdır. Qəddar sehrbaz hər dəfə öz qullarını, ətraf kəndlərə zərər yetirmək üçün göndərir. Lakin günlərin birində tənha döyüşçü bu qəddarlığa son qoymağa qərar verir və qəddar sehrbazı məhv etmək üçün onun qalasına yollanır. Oyun, bütün platformerlərə xas olan ənənəvi xüsusiyyətlərlə yaradılmışdır. Lakin bununla yanaşı oyunda digər maraqlı xüsusiyyətlər də var. Məsələn sözügedən qala ilk başdan oyunçu üçün aktiv şəkildədir və oyunçu qalanın içərisində istədiyi yerə baş çəkə bilər. Həmçinin oyun zamanı qarşınıza müxtəlif məqsədlər üçün istifadə edə biləcəyiniz cürbəcür əşyalar çıxacaq. Oyunu burdan yükləyə bilərsiniz.
    MicroCub
    Yaxın vaxtlarda işıq üzü görmüş MicroCub adlı yeni oyunda əsas məqsəd kub şəkilli personajı, müxtəlif maneələrdən sovuşduraraq mümkün qədər uzaq məsafəyə qət etdirməkdir. Bu oyunda personaj hər zaman tullanan vəziyyətdə olur. Smartfonun ekranına toxunan zaman isə personaj irəli hərəkət etməyə başlayır. İlk baxışdan oyunun gameplay hissəsi çox sadədir. Lakin oyun zamanı səviyyələrin qəlizliyi artır. Oyunu burdan yükləyə bilərsiniz.
    Stickman Base Jumper 2
    Stickman haqqında daha bir yeni oyun. Bu dəfə Stickmanın əsas məqsədi hər-hansı bir hündür göydələndən enən zaman müxtəlif çətin fəndləri yerinə yetirməkdir. Eniş zamanı mümkün qədər çox xal toplamaq lazımdır. Lakin nəzərə almaq lazımdır ki, Stickman zərər çəkmədən yerə enməlidir. Yeni oyunda daha çox oyun səviyyəsi təqdim olunub. Beləliklə oyunçuların darıxmayacaqlarına zəmanət vermək olar. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər