main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (25 Fevral)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
    Beat Racer
    İnsanların olmadığı sürrealistik dünyada yalqız sürücü, bit tərzində olan yol ilə səyahətə yollanır. Sizlər bu səyahətdə ritmlərlə dolu musiqili landşaftlardan keçməli olacaqsınız. Yolda həmçinin siz müxtəlif maneələrdən keçərək öz rəqiblərinizlə savaşmalı olacaqsınız. Bu, yolda səslənəcək musiqini sona qədər dinləməyiniz üçün lazım olacaq. Oyunçular müxtəlif fonu və əl ilə yığılmış avtomobili seçə bilərlər. Ritmik elektron musiqinin və gözəl qrafik tərtibatın hökm sürdüyü yollara sürətli səyahətə yollanın. Oyunu burdan yükləyə bilərsiniz.
    Gentleman Ninja
    Bu oyunda siz öz diqqətinizi və reaksiyanızı yoxlamalı olacaqsınız. Oyunda Gray adlı hansısa qrafın rolunda oynamaq lazım gələcək. Onun qarşısına mütəmadi olaraq rəqiblər çıxır. Həmin rəqiblər iki rəngdə olurlar. Göy və qırmızı. Rəqibin hücumu zamanı ona qalib gəlmək üçün siz lazımi düyməyə klik etməlisiniz. Vəziyyəti həyəcanlı edən digər bir xüsusiyyət isə baş personajın arxasında qalan yolun məhv olmasıdır. Beləliklə siz öz rəqiblərinizə qarşı sürətli reaksiya bacarıqlarınızı sərgiləməlisiniz. Yalnız bu üsulla sürətli şəkildə irəliləmək mümkün olacaq. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər