main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (28 Yanvar)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı Android oyunları sizlərə təqdim edirik.
    Cog!
    Bu oyunda oyunçunun əsas məqsədi saat qalasının ən yüksək həddinə çatmaqdır. Oyun çox maraqlı dizayn və sakitləşdirici musiqi tərtibatına sahibdir. Oyunu həm smartfon həmdə planşetdə oynamaq olar. Çünki o həm port rejiminə həmdə peyzaj rejimində aktivdir. Əgər tək başına oynamaqdan yorulmusunuzsa onda real oyunçularla reytinq cədvəlində yarışa bilərsiniz. Daha yüksək nailiyyətlər əldə edərək onları dostlarınızla paylaşın. Oyunu burdan yükləyə bilərsiniz.
    Angeldust
    Macəralar sizi hər zaman və hər yerdə gözləyir. Böyük oyun dünyasını müşahidə edin və maraqlı döyüşləri axtararaq fantastik dünyanın qəhrəmanına çevrilin. Sizin əlinizdə böyük imkanlar var. Həmin imkanlardan istifadə edərək böyük qalalar tikə və müxtəlif silahlarla yüzlərlə məxluqlara qarşı mübarizə apara bilərsiniz. Oyun, özündə 250 növ məxluq, 4 unikal qəhrəman, 25 oyun səviyyəsini birləşdirir. Oyunu burdan yükləyə bilərsiniz.
    Toontastic 3D
    Sözügedən oyunda siz özünüz süjet xəttini hazırlamalı, personajları yaratmaları və onları idarə etməlisiniz. Maraqlı ideyadır elə deyilmi? Məsələ burasındadır ki, bu, oyundan daha çox animator tətbiqinə bənzəyir. Oyunçu, baş qəhrəmanları öz əli ilə çəkməli və hər bir personaj üçün səs yazmalıdır. Beləliklə siz müəyyən mənada hekayə və ya animasiya filmi hazırlayırsınz. Onun sonu isə məhz sizdən asılı olacaq bir şeydir. Bu qeyri-adi oyuna müəyyən miqdarda vaxt sərf etmək lazım olacaq. Lakin buna baxmayaraq oyun, oyunçunu özünə çəkərək onda böyük maraq oyadır. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər