main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (29 Oktyabr)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Mobil oyunları sevənlər üçün yenidən həftənin ən yaxşı Android oyunları siyahısını təqdim edirik.
    Plants vs. Zombies Heroes
    Plants vs. Zombies Heroes oyununda oyunçular iki rəqib tərəfdən (zombilər və ya bitkilər) birini seçib bu və ya digər özəllikli şəxsi kartları yığmalıdırlar. Bu kart oyununda döyüşlər həm singleplayer, həmdə multiplayer rejimdə keçirilir. Singleplayer və multiplayer rejimdə zombi və bitkilər orijinal Plants vs. Zombies oyunundakı sıra ilə düzülürlər. Yəni bitkilər qorunur, zombilər isə hücum edirlər, Oyunda müxtəlif özəlliklərə sahib 300 ədəd kart mövcuddur. Onları döyüş meydançasında istifadə etmək olar. Oyunçular həmin kartları idarə edəcək 20 qəhrəmandan birini seçmək hüququna sahibdirlər. Oyunu burdan yükləyə bilərsiniz.
    Masky
    Bu heyrətamiz oyunda oyunçu mifik dünyanın qəribə varlıqlarını idarə edir. Yaradıcılar oyunun baş qəhrəmanlarını neon işıqlı robotlar tərzində hazırlayıblar. Oyundakı əsas məqsəd isə bir-birilərinin üstünə düşmələrini əngəlləmək üçün daha çox məxluqları yığmaqla onları bir araya gətirməkdir. Lakin məsələ burasındadır ki, robotlar stabil deyillər. Onlar həmişə hərəkətdədirlər. Oyunçudan tələb olunan, tarazlıq işarəsini yaşıl ərazidə saxlamaqdır. Əks halda robotlar bir-birilərinin üstünə düşəcəklər. İlk baxışdan bu asan görünsə də tədricən həmin robotların planetləri müxtəlif istiqamətdə əyilməyə başlayacaq. Bu isə öz növbəsində oyun prosesini çətinləşdirəcək. Oyunu burdan yükləyə bilərsiniz.
    Stickman Basketball
    Stickman bəlkədə mobil oyunlar arasında ən məşhur personajlardan biridir. Belə ki, personaj hansısa müəyyən studiyaya aid olmadığından müxtəlif studiyalar stickman-ın baş qəhrəman olduğu oyunlar yaradırlar. Belə bir yeni oyun isə Stickman Basketball oldu. Burda onlar basketbolçu rolunu oynayırlar. Əsas məqsəd, sevilən komandanı seçərək bütün oyunçuları idarə etməklə bütün çümpionatlarda qalib gəlməkdir. Maraqlısı odur ki, hər bir komanda təkcə öz formasının rəngi ilə deyil, həmdə bacarıqları ilə seçilir. Həmçinin bir cihazda iki nəfər birlikdə bu oyunu oynaya bilərlər. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala