main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (4 Fevral)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
    Archer and Archers
    Qrafik özəllik cəhətdən sözügedən oyun, oyunçuları təəccübləndirə bilməz. Lakin onun gameplay hissəsi barədə bunu söyləmək qeyri-mümkündür. Oyuna başlayan zaman ekranda iki noyunçunun əks olunduğu boş bir mühit yaranır. Qeyd etmək lazımdır ki, burda həm kompüterə qarşı, həmdə real oyunçuya qarşı oynamaq mümkündür. Oxatanların hər biri sonsuz sayda oxa sahibdirlər. Əsas məqsəd isə sərrast atıcı olmaqdır. Oyunda fizika, çox həqiqi şəkildə yaradılmışdır. Belə ki, bir oyunçunun digərinə atdığı ox onun müəyyən bədən hissəsinə dəydiyi zaman həmin oyunçu müxtəlif cür zərər çəkir. Məsələn rəqib oyunçunun başına 2-3 dəfə dəyəndən sonra udmaq olar. Lakin oyunda daha məzəli hallar baş verə bilər. Belə ki, burda oyunçunun bədənindən başqa, oxların özləri də fiziki qanunlara tabe olur. Məsələn atılmış ox, kiçik bucaq altında hədəfə dəyməyə də bilər. Bu cür özəlliklər sözügedən oyunu maraqlı edir. Oyunu burdan yükləyə bilərsiniz.
    Follow the Light
    Mobil oyunlardan söhbət gedəndə sözügedən oyun unikal və diqqəti cəlb edəndir. Bu oyun, oyunçuları təkliyin hökm sürdüyü və qorxu hissinin var olduğu qaranlıq mühitinə salacaq. Heç nədən yaranmış gün işığı təqdim olunmuş 30 oyun səviyyəsindən hər birində xüsusi məqsədinə çatmalıdır. Oyunda idarəetmə sistemi çox primitivdir. Lakin oyunun əsas özəlliyi onun idarəetmə sistemində deyil, dinamik işıqlandırma sistemidir. Dinamik işıqlandırma sistemi sayəsində oyunda mistik və unikal oyun səviyyələri yaradılıb. Oyunu oynayan zaman həmin işığın rəngini dəyişmək və onu təkmilləşdirmək olar. Məsələn onun sürətini və ya tullanma hündürlüyünü artırmaq olar. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər