main-post-cover

    Həftənin ən yaxşı Android oyunları (4 Mart)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı Android oyunlarını sizlərə təqdim edirik.
    Gunman Taco Truck
    Hətta dünyanın sonunda belə insanlar yemək yemək istəyirlər. Sözügedən oyunda siz, yemək furqonuna sahib sürücünün rolunda çıxış edirsiniz. Digər ştatdan hansısa bir müştəri sifariş veribsə və siz o sifarişi 2 saat ərzində çatdırmalısınızsa bu zaman yolda ola biləcək istənilən zombi, bədheybət və ya mutasiyaya uğramış heyvanı furqon ilə məhv etmək çətinlik yaratmamalıdır. Artıq anladığınız kimi bu oyunda misal gətirilmiş məxluqları məhv edəndən sonra siz müştəriniz üçün hamburger hazırlamalı olacaqsınız. Əgər müştəri sizin təqdim etdiyiniz xidmətdən razı qalmasa onda ödəməni əldə edə bilməyəcəksiniz. Oyunu burdan yükləyə bilərsiniz.
    Gravity Galaxy
    Kosmosun dərinliklərindən keçərək Yer kürəsinə doğru irəliləyin. Bunu edəndə isə yadplanetlilərin şüa silahlarından yayınmağı da unutmayın. Bir toxunuşla həyata keçirilən sadə idarəetmə, dünyalar arasında hərəkət etməyə imkan verir. Çətin tapmacaları taparaq müxtəlif nailiyyətlər qazanın. Təbii ki, bunları edərkən 3D qrafika sizin yorulmağınıza imkan verməyəcək. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər