Həftənin ən yaxşı Android oyunları
Digər
07.05.2017
Farid Pardashunas
Ən yaxşı Android oyunları seçəndə
nəzərə almaq lazımdır ki, onlar maraqlı, keyfiyyətli və ən əsası pulsuz
olmalıdırlar. Beləliklə sizlərə bu xüsusiyyətləri özündə daşıyan həftənin ən
yaxşı Android oyunlarını təqdim edirik.
You Will Fall
Siyahıda olan ilk oyun You Will Fall adlanır. Oyun
çox sadə, dinamik və məzəli time-killer janrlı oyundur. Oyun qəribə məxluq və
monosikl-dən ibarətdir. Oyunda baş verəcək qalan bütün hadisələr yalnız sizin nə
dərəcədə müvazinəti saxlaya biləcəyinizdən asılı olacaq. Məsələ burasındadır
ki, məxluqların qəribə formaları bu cür növ nəqliyyatdan istifadə üçün nəzərdə
tutulmayıb. Buna görədə siz oyuna öyrəşənə kimi dəfələrlə yıxılacaq və bəlkədə əsəb
keçirəcəksiniz. Oyunu keçən müddətdə oyunçu dondurma ilə mükafatlandırılacaq. Həmin
dondurmalardan istifadə edərək yeni personajları aktiv etmək mümkün olacaq.
Oyunu bu linkdən yükləyə bilərsiniz.
Monster Run
İndi isə növbə maraqlı platformerjanrlı oyun olan Monster Run-dadır. Bu oyun digər platformer janrlı oyunlardan
fərqlənən xüsusiyyətlərə sahibdir. Oyundakı hər bir səviyyə maneələrdən ibarətdir.
Oyunun çətinliyi ondan ibarətdir ki, hər bir maneəli səviyyəni oyunçu müəyyən
rejim (hoppanmaq, iki dəfə hoppanmaq, teleportasiya və qravitasiya) vasitəsilə
keçməlidir. Nailiyyətlər növbəti üsul ilə qazanılır. Hər səviyyəyə görə oyunçu
qızıl qəpiklər qazanır və oyun zamanı öldüyünüz say qədər həmin qızıl qəpiklərdən
çıxılır. Yerdə qalan göstərici isə yığılmış kristalların sayına vurulur. Yəni əgər
oyunçu çoxlu sayda ölsə onda o ümumiyyətlə heçnə qazanmaya bilər. Bu isə oyunu
daha çətin edir. Həmçinin oyunda müxtəlif xüsusiyyətlərə sahib personajlar da var.
Oyunu bu linkdən yükləyə bilərsiniz.
Roofbot
Siyahımızdakı sonuncu oyun Roofbot-dur. Bu oyun əsl tapıntıdır. Belə ki, oyun keyfiyyətli və düşüncəlidir.
Yaradıcılar həmçinin ərinməyib onun üçün ayrıca bir süjet xətti də
hazırlayıblar. Oyun hər şeyləri yaxşı olan robot ailəsindən bəhs edir. Onlar
adi mexaniki həyatlarını yaşayırdılar. Lakin günlərin birində Uber Bot adlı
robot gələrək hər şeyi məhv etmək istəyir. Bizim əsas hədəfimiz isə ona mane
olmaqdır. Bütün oyun ərzində oyunçu sadəcə olaraq müəyyən predmetləri onların
formalarına uyğun yerlərə yerləşdirməlidirlər. Oyun mexanikası elə qurulub ki,
bizdən sonra hər bir oyun səviyyəsindəki yer məhv olacaq. Buna görədə oyunçu
eyni səviyyəni ikinci dəfə keçə bilməyəcək. Roofbot çox gözəl qrafikaya və
sözün əsl mənasında maraqlı, çətin oyun prosesinə ssahibdir. Oyunu bu linkdən yükləyə bilərsiniz.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək