main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları (11 Dekabr)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı iOS oyunları ilə tanış olun.
    Don’t Grind
    Müxtəlif qida növlərinin rolunda çıxış edərək onları məhvolmadan qurtarın. Ümumilikdə 64 növ qida rolunda çıxış edəcəyiniz oyunda sizlər müxtəlif təhlükələrlə qarşılaşacaqsınız. Oyun Flappy Bird prinsipi ilə çalışır. Yəni seçdiyiniz qidanın məhv olmaması üçün hər saniyə ekrana klikləməli və tələlər ilə olan məsafəni saxlamalısınız. Bundan əlavə olaraq təhlükə yaxınlaşan zaman ekranda xüsusi işarə əks olunacaq. Lakin çox çətin ki, həmin işarələr sizə köməklik eləsin. Oyunu burdan yükləyə bilərsiniz.
    Linia
    Oyunda çoxlu sayda müxtəlif rəngli fiqurlar var. Məsələn kvadrat, üçbucaq, dairə və s. Həmin fiqurlar isə oyun mühitində daima hərəkətdədirlər. Bunun səbəbi isə oyunçunun diqqətini yayındırmaqdır. Oyunçudan tələb olunan isə ekranın yuxarısında qeyd olunmuş rəngli şablonlara əsasən təqdim olunmuş hərəkətdə olan fiqurlardan elə bir düz xətt keçirtmək lazımdır ki, xəttin keçdiyi rəngli yerlər yuxarıdakı şablonların rəng sırası ilə üst-üstə düşsün. Oyunu burdan yükləyə bilərsiniz.
    Cars vs Bosses
    5 hərəkət zolağı olan magistral yolda hərəkət edərək düşmənləri məhv etmək yeganə məqsəddir. Bunun üçün oyunçunun avtomobili pulemyot və raket silahları ilə təchiz olunub. Lakin raket silahı məhdud saydadır. Oyunda digər adi avtomobillər təhlükə göstərmirlər. Lakin yerdə qalanları isə düşmən siyahısına daxildir və onları məhv etmək lazım gəlir. Buna baxmayaraq onlar da sizinlə döyüşə ciddi şəkildə hazırlaşıblar. Belə ki, onların öhdəliyində adi minalı avtomobillərdən tutmuş qırıcı təyyarələrə kimi nəqliyyatlar var. Müəyyən vaxtdan sonra siz də öz avtomobilinizi təkmilləşdirə, hətta oyun vaxtı öz avtomobilinizdən digərinə keçə biləcəksiniz. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər