main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları (13 Noyabr)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Hər həftə olduğu kimi bu həftə sonu da sizlərə iOS platformasının ən yaxşı oyunlarını təqdim edirik.
    Happy Truck
    Happy Truck, iOS platformada olan maraqlı və əyləncəli oyunlardan biridir. Oyunda siz meyvələrlə dolu kiçik yük maşınını bir nöqtədən digərinə çatdırmalısınız. Bununla yanaşı əsas məqsəd təkcə bir nöqtədən digərinə çatmaq deyil, həmdə yolda meyvələri itirməməkdir. Nə qədər çox meyvə çatdırsaz bir o qədər çox xal əldə edəcəksiniz. Oyunu burdan yükləyə bilərsiniz.
    Perchang
    Perchang-a xoş gəlmişsiniz. Sizi 60 maraqlı və məntiqi tapmacalarla dolu oyun səviyyəsi gözləyir. Oyundakı kiçik şarları məqsədə əsasən müəyyən yerə çatdırmaq üçün sizlərə beyin və koordinasiya lazım olacaq. Tramplinləri, maqnitləri, portalları, ventilyatorları və digər cihazları işə salaraq tapmacaları tapın. Lakin bunu edərkən sürətli olun. Çünki hər bir tapmacanın tapılmasına müəyyən zaman ayrılır. Oyunuburdan yükləyə bilərsiniz.
    Mika’s Treasure 2
    Mika’s Treasure 2, iOS platforması üçün hazırlanmış gülməli və məntiqli oyunlardan biridir. Siz oyunda Mika adlı personajın rolunda çıxış edəcəksiniz. Mika-nı idarə edərək keçmiş, indiki və gələcək zamanlara səyahət edərək itirilmiş xəzinəni tapın və dünyanı xilas edin. Oyunuburdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər