main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları (15 Yanvar)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Həftənin ən yaxşı iOS oyunlarını sizlərə təqdim edirik.

    Space Box
    Sözügedən oyunun təsvirində insan imkanlarının sərhədindən və bu sərhədlərin qəbul olunmasının vacibliyindən bəhs olunur. Lakin oyunun gameplay prosesində fəlsəfi heç bir şey yoxdur. Sizin qarşınızda müxtəlif sayda platformaların olduğu 2D dünya təsvir olunub. Oyunun baş qəhrəmanı isə gözləri olan və görünüşcə qutunu xatırladan bir varlıqdır. Oyun, 28 səviyyədən ibarətdir. Bu 28 səviyyədən əlavə bonuslu səviyyələr də var. Lakin onlar oyun zamanı müəyyən tələblərin yerinə yetirilməsindən sonra açılır. Hər səviyyədə əsas məqsəd yekun platformaya çatmaqdır. Təbii ki, start nöqtəsi ilə finiş arasında bir çox maraqlı detallar var. Məsələn sürüşən və özü-özünə məhv olan platformalar. Bununla yanaşı oyun səviyyələrinin elə bir özəlliyi var ki, onlar 2D-dən 3D-ə keçid edə bilirlər. Oyunçu isə hər dəfə bu dəyişikliyə uyğunlaşmalıdır. Oyunu burdan yükləyə bilərsiniz.
    Turbo League
    Sözügedən oyun, məşhur Rocket League-nin mobil versiyasıdır. Belə ki, oyun özündə həm avtomobilləri həmdə futbolu birləşdirir. Futbol qaydalarını çox adam bilir. Turbo League-də də həmin qaydalar var. Lakin bəzi dəyişikliklər də əlavə olunub. Belə ki, futbolçuların yerinə burda sürətli avtomobillər təqdim olunub. Bununla yanaşı hər bir komandada 3 avtomobildən artıq olmur. Ən əsas qayda isə heç bir qaydanın olmamağıdır. Standart sürmə özəlliklərindən əlavə oyunçu, tullanmaq və sürətlənmədən də istifadə edə bilər. Qeyd etmək lazımdır ki, oyun zamanı hər bir oyunçu, standart funksiyalara sahib olur. Nəticə etibarı ilə oyunda ən təkmilləşdirilmiş avtomobil deyil, ən təcrübəli oyunçu qalib gəlir. Oyunçu öz avtomobilini istədiyi kimi bəzəyə bilər. Ümumi olaraq oyun çox dinamik və əyləncəlidir. Oyunu burdan yükləyə bilərsiniz.
    Bottle Flip
    İnternetdə son zamanlar Water Bottle Flip Challenge fenomeni məşhurlaşıb. İnsanlar, butulkanı göyə ataraq onun düzgün şəkildə yerə düşməsinə çalışırlar. Mobil oyun bazarında öz uğurlu və viral oyunları ilə məşhurluq qazanmış Ketchapp studiyası bu mövzuda mükəmməl bir oyun təqdim edib. Bottle Flip oyununun əsas mükəmməlliyi ondadır ki, bu yarışın keçirilməsi üçün oyunda artıq hər şey var. Siz, içərisində su olan butulkaya və çoxlu sayda müxtəlif səthlərə sahibsiniz. Oyunun qəlizliyi isə ondan ibarətdir ki, həmin səthlər bir-birilərindən müxtəlif məsafələrdə yerləşirlər və onlar fərqli ölçülərə sahibdirlər. Nəticə olaraq yaxşı göstəricilər əldə etmək üçün uzun vaxt sərf etmək lazım gələcək. Bottle Flip, 4 oyun rejimini təqdim edir. Classic rejimdə oyunçu standart olaraq butulkanı elə atmalıdır ki, o düzgün istiqamətdə yerə düşsün. Bowling rejimində oyunçu, səthə düzgün butulka atışını reallaşdırmaqdan əlavə iki atışla keqlləri vurmalıdır. Speed Run rejimi, oyunçunu, əvvəlcədən atışa hazırlaşmaq zamanınından məhrum edir. Stacking rejimində isə butulka səthə deyil, daha əvvəlki butulkanın üzərinə düşməlidir. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala