main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları (19 Fevral)

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Həftənin ən yaxşı iOS oyunlarını sizlərə təqdim edirik.

    Blast Blitz
    Sözügedən oyunda siz, robotun rolunda oynayacaqsınız. Lakin həmin personaja bağlanmağın mənası yoxdur. Çünki müəyyən müddətdən sonra sizlər üçün digər personajlar da aktiv olacaqlar. Oyunda əsas məqsəd labirintləri xatırladan səviyyələrdə daha çox irəli getməkdir. Sizin idarə edəcəyiniz robot, oyun səviyyəsində istənilən sayda bomba yerləşdirə və həmin bombaların yaxşı partlamaları üçün onları uzaq məsafəyə ata bilər. Lakin nəzərə almaq lazımdır ki, sizin rəqibləriniz çox olacaq və onlar da sizin kimi təkmilləşdirilmiş vəziyyətdə olacaqlar. Qeyd etmək lazımdır ki, yerləşdirilmiş bombalar təkcə sizin rəqiblərinizə deyil, gəmdə sizin özünüzə təhlükə yarada bilər. Bundan əlavə olaraq oyunda hər keçilmiş səviyyənin özü-özünə məhvolma xüsusiyyəti var. Bu isə sizi həmişə irəli getməyə məcbur edəcək. Oyunu burdan yükləyə bilərsiniz.
    My Daddy, My Christmas
    Oyunun baş qəhrəmanı, öz qızını görməyə tələsən atadır. Qeyd etmək lazımdır ki, atanın tələsməyinin səbəbi var. Belə ki, Yeni ilə çox az bir zaman qalıb. Lakin vaxtında evinə çatmaq üçün oyunun qəhrəmanı əlindən gələni etməlidir. İlk öncə o, velosiped icarəsi yerinə çatmalı, velosipedlə hava limanına getməli, təyyarəni idarə etməlisiniz. Lakin səyahət bununla bitmir. Daha sonra bir neçə buna oxşar lakin tamamilə fərqli şəkildə ata öz yoluna davam edəcək. Bir sözlə desək My Daddy, My Christmas, bir neçə kiçik oyundan ibarət böyük bir oyundur. Qeyd etmək lazımdır ki, oyunun hər mərhələsində, atanın 10 ədəd canı olur. 10-nunu da istifadə edəndən sonra oyun sona çatır və hər şeyi yenidən başlamaq lazım gəlir. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər