main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları (22 Yanvar)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı iOS oyunlarını sizlərə təqdim edirik.
    Lost Tracks
    Sözügedən oyun bir sıra sosioloji problemlərə toxunur. Oyunun baş qəhrəmanı, metroda bir qızla tanış olmağa ürək etməyən və özünə inamı olmayan oğlandır. Ruhi konfliktlərin fonunda həmin personaj öz daxili dünyasına düşərək qorxuları ilə mübarizə aparmağa başlayır. Oyun 3 kiçik hissədən ibarətdir. Hər bir hissədə isə oyunçudan müxtəlif tapşırıqların yerinə yetirilməsi tələb olunur. İlk öncə siz dəmiryolu çeviricisini tapmaq üçün qaranlıq və dumanlı ərazidə gəzməli olacaqsınız. Birinci səviyyədə personaj müəyyən sərhədlər çərçivəsində hərəkət edirsə, ikinci hissədə heç bir sərhəd olmur. Belə ki, ikinci hissə tamamilə dumanlanmış ərazidən ibarətdir və burada oyunçu yalnız səsə uyğun öz istiqamətini təyin etməli olacaq. Məhz bu hissədə oyunçunun qulaqlıqlardan istifadə etməsi məsləhət görülür. Oyunu burdan yükləyə bilərsiniz.
    Super Hyper Ball 2
    Sözügedən oyunun maraqlı cəhəti ondan ibarətdir ki, o özündə iki oyunu birləşdirir (pinbol və arkanoid). Bu iki oyunun sintezi çox dinamik və maraqlı alınıb. Özü-özlüyündə oyunun ideyası maraqlıdır. Belə ki, şarlı arkanoid ilə aşağıda hərəkət edən kiçik platforma, pinbol masasına inteqrasiya olunub. Həmçinin burda hamımızın pinbol oyununda yaxşı tanıdığı iki ədəd idarəetmə qolu var hansılar ki, şarı yuxarı hissələrə
    atır. Tələb olunan əsas şərt isə şarın, ekranın aşağı hissəsinə düşməməsini təmin etməkdir. Bunun üçün oyunçu, aşağı hissədə yerləşən və hərəkət edən platformaya sahibdir. Bundan əlavə olaraq iki ədəd idarəedici qoldan elə məharətlə istifadə etmək lazımdır ki, şar sizə münasib yuxarı hissədə yerləşsin. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər