Həftənin ən yaxşı iOS oyunları (23 Oktyabr)

332

Ənənə üzrə bu həftə də sizlərə həftənin ən yaxşı iOS oyunlarını təqdim edirik.

Ketchapp Tennis

"Ketchapp” studiyası mobil oyun bazarını fəth etməyə davam edir. Bu dəfə studiya tennisə üz tutub. Ketchapp Tennis oyununda tennisçi demək olar ki, hər  şeyi özü edir. O özü kort üzərində hərəkət edir, vuruş üçün yaxşı yeri seçir, topa vurur. Bizdən tələb olunan yeganə şey isə topa lazımi vuruş anını tapmaqdır. Oyunda iki rejim mövcuddur. Birinci rejim bir növ singleplayeri xatırladır. İkinci rejim isə real oyunçularla oyun üçün nəzərdə tutulmuş multiplayerdir. Ketchapp Tennis-də singleplayer rejim maraqlı şəkildə realizə olunub. Nəzərə alsaq ki, studiyanın bütün oyunları sonsuz oyun prosesindən ibarətdir, ənənəvi olaraq bu oyundada proses təkrarlanır. Məsələ burasındadır ki, singleplayer rejimdə oyunçu heç vaxt rəqibə qalib gələ bilməyəcək. Rəqib həmişə oyunçudan öndə olacaq. Əsas məqsəd isə daha çox xal toplamaqdır. Yeni rekordlara imza atdıqca siz öz oyunçunuzun oyun səviyyəsini qaldıra bilərsinz. Tələb olunan 100 qızıl qəpiyi yığandan sonra siz özünüzə yeni oyunçu ala bilərsiniz. Baxmayaraq ki, oyun çox primitiv və standart alınıb, onu oynamaq yenədə maraqlıdır. Oyunu burdan yükləyə bilərsiniz.

Flappy Golf 2

Flappy Bird artıq çoxdan rəsmi onlayn servislərdən çıxarılıb. Lakin hamı o oyunu çox gözəl xatırlayır. Flappy Bird dəliliyini yenidən yaşamaq istəyənlər üçün əla fürsət yaranıb. Belə ki, həmin tərzdə qolf oyunu ortaya çıxıb. Flappy Golf 2 adlı oyun özündə iki oyun prosesini birləşdirir. Bu həm Flappy Bird kimi təkbarmaqlı, həmdə qolf oyunudur. Bu cür sintez nəticəsində adi qolf topu qanadlara sahib olub və özü lazımi dəliklərə çatmağı bacarır. Bütün oyun prosesi 2 düymə ilə reallaşdırılır. Sağ və sol tərəflərə hərəkət etmək üçün düymələr. Hər bir oyun səviyyəsi müxtəlif forma və ölçülü landşaftdır. Oyunçunun məqsədi qolf topunu müəyyən yerdən dəliyə salmaqdır. Lakin burda bir məsələ var ki, topa vuran zaman top göydə adi şəkildə uçmur. O, havada sanki qısa-qısa irəliləyişlər edir. Əgər oyunçu topu dəliyə minimal hərəkətlərlə çatdırsa onda o ən prestijli mükafata layiq görüləcək. Oyun hər birində 9 səviyyə olan 29 oyun mühitindən ibarətdir. Bundan əlavə olaraq oyunda multiplayer rejim də mövcuddur. Həmin rejimdə oyunçular öz dostları ilə yarışa bilərlər. Flappy Golf 2 oyununu burdan yükləyə bilərsiniz.

Stunt Rush

Sözügedən oyun yarış tərzindədir və stressi atmaq üçün əla seçimdir. Oyunun özəlliyi ondan ibarətdir ki, oyunçu burda digər rəqiblərlə deyil, məhz zamanla yarışmalıdır. Lakin bu xüsusiyyəti mənfi adlandırmaq olmaz. Məhz bu xüsusiyyətə görə oyun sakitləşdirici musiqilər əldə edib. Əsas məqsəd keçmiş rekordları keçməkdir. Nəqliyyat növü kimi oyunçuya futuristik bolid təklif olunur. Yolların özü də futurustik tərzdədir. Oyunda ümumilikdə 10 yol var və həmin yolların hər birini keçməyə müəyyən vaxt verilir. Əgər siz döngələri düzgün dönsəniz və zaman bitməmiş finiş xəttini keçsəniz onda 5 ulduz qazanacaqsınız. Həmin ulduzların hesabına isə yeni yollar və bolidlər əldə olunur. Oyunda reklamlara baxan zaman oyunçu əlavə ulduzlar qazanır. Məsələn əgər siz 5 reklam çarxına baxsanız deməli 5 ulduz qazanacaqsınız. Əgər sakitləşdirici bir şey axtarırsınızsa onda bu oyun ilə mütləq tanış olmalısınız. Oyunu burdan yükləyə bilərsiniz.