main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları (25 Dekabr)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı iOS oyunlarını sizlərə təqdim edirik.
    Catch the Bus
    Sözügedən oyun bir çoxlarının sevdiyi piksel tərzində hazırlanıb. Runner janrında olan bu oyunun süjet xəttini elə adından anlamaq mümkündür. Oyunda hadisələr insanların digərlərinə heç bir simpatiya bəsləmədikləri bir dünyada cərəyan edir. Burda baş qəhrəman isə avtobus dayanacağına vaxtında çata bilməyən ofis işçisidir. Avtobus sürücüsü isə müəyyən qrafikə tabedir və avtobusa gecikənləri gözləyə bilməz. Oyunçunun əsas məqsədi, növbəti avtobus dayanacağına çatmaqdır. Bir dayanacaqdan digərinə gedən yol isə uzun və qəliz olacaq. Hər iki dayanacaq arasında külli miqdarda maneələr var. Telefon köşklərindən tutmuş yolun ortasında dayanıb söhbət edən yaşlı qadınlara kimi. Oyunda iki rejim var. Onlardan biri singleplayer rejim digəri isə sonsuz rejimdir. İlk rejimdə biz bir sıra şəhərlərə yollanacağıq. Təbii ki, hər bir şəhərin öz maneələri olacaq. İkinci rejim haqqında isə danışmağa ehtiyac yoxdur. Adından da hər şey aydındır. Qalan müddətdə isə oyunçu yolda, qarşısına çıxacaq qızılları yığmalıdır. Beləliklə həmin qızıllar vasitəsilə yeni personajları aktiv etmək mümkün olacaq. Həmçinin oyun daxili reklamlara baxsaz onda yığdığınız qızıllar ikiqat artacaq. Oyunu burdan yükləyə bilərsiniz.
    Boo Wee
    Bu oyunda oyunçu, sevimli tüklü məxluqlardan ibarət böyük bir nəsilə sahibdir. Onların balaca qanadları, davamlı uçuşlar üçün yaramır. Ona görə də onlar bir ağac budağından digərinə tullanaraq hündür nöqtəyə qalxırlar. Lakin hər şey ilk başdan elə sadə görünmür. Belə ki, sözügedən oyun dünyasında bir çox təhlükəli məxluqlar var. Həmçinin hər bir ağac budağının da dözümlü olduğunu bilmək olmur. İlk öncə oyunçu yalnız bir personajın vasitəsilə yüksəklikləri fəth edəcək. Oyunda sayları 10-dan çox olan sevimli qanadlı məxluqlar var. Onlardan hər birinin qiyməti isə 25 qəpikdir. Oyundaxili valyuta isə çox sadə şəkildə əldə olunur. Bundan əlavə olaraq oyundaxili bir reklam çarxına baxdıqdan sonra 1 ədəd personaj, oyunçuya hədiyyə olunacaq. İndi isə keçək oyunun gameplay hissəsinə. Deməli hər dəfə yeni ağac budağına çatan zaman həmin budaq digərinə tərəf hərəkət etməyə başlayır. Bu zaman oyunçu dəqiq vaxtı hesablayıb yaxınlaşan budağa tullanmalıdır. Lakin budaqlar ölçülərinə və hərəkət sürətlərinə görə fərqlənirlər. Həmçinin oyunda olan maneələri də unutmaq lazım deyil. Burda maneələr tikan və sevimli təhlükəli məxluqlardan ibarətdir. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala