main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları (26 Fevral)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı iOS oyunlarını sizlərə təqdim edirik.
    Chezz
    Kimsə düşünə bilər ki, bu oyun ənənəvi şahmat oyununun parodiya olunmuş versiyasıdır. Lakin Chezz tamamilə başqa oyun üslubunu təqdim edərək şahmata fərqli nöqteyi nəzərdən baxmağa imkan verir. Belə ki, sözügedən şahmat oyununun əsas ideyası ondan ibarətdir ki, istənilən oyunçu, rəqibin cavab gedişini gözləmədən bütün fiqurları hərəkət etdirə bilər. Oyunda baş verən hər şeyi detallı şəkildə anlamaq üçün siz şahmata, müəyyən vaxt ərzində düzgün gedişin necə olacağını fikirləşərək strategiyanın qurulması oyunu kimi baxmamalısınız. Bu, sözün əsl mənasında ənənəvi şahmat tərzini yox edir. Oyunun hər bir dəqiqəsində oyunçudan, hər xananı izləməsi tələb olunur. Belə ki, rəqib tərəfdən cavab hücumu istənilən yerdən gələ bilər. Chezz-də hər bir fiqur, gediş animasiyasına və növbəti gediş üçün tələb olunan vaxt intervalına sahibdir. Məsələn əgər siz atla gediş etmisinizsə onda onunla növbəti gedişi etmək üçün siz bir neçə saniyə gözləməli olacaqsınız. Bundan əlavə olaraq hər bir fiquru təkmilləşdirmək də olar. Beləliklə fiqurlar, gediş sürətini yüksəldə və növbəti gediş üçün olan gözlənti intervalını aşağı sala bilərlər. Bütün bu özəlliklər çoxlu sayda oyun növünün reallaşdırılmasına gətirib çıxardır. Oyunun singleplayer rejimi müxtəlif, bəzən isə inanılmaz qarşıdurmalar təqdim edir. Belə ki, fiqurlar tamamilə fərqlənə və ya onların yerləri ənənəvi olmaya bilər. Hətta elə oyun səviyyələri var ki, oyunçunun fiqurları məhdud saydadır. Təbii ki, bu cür oyunda multiplayer rejimə də yer verilib. Oyunu burdan yükləyə bilərsiniz.
    Solid Soccer
    Solid Soccer, tam olaraq futbol simulyatora bənzəyir. Yəni burda da oyunlar, böyük stadionda keçirilir, hər bir komandada 11 oyunçu olur. Həçinin burda autlar, küncdən zərbələr və qapıdan zərbə var. Lakin offside və cərimə zərbələri kimi özəlliklər haqqında söhbət belə gedə bilməz. Buna baxmayaraq oyunun mobil olmasına nəzərən onda reallaşdırılmış bir çox xüsusiyyətlər sevindirməyə bilməz. Təbii ki, ilk oyun məşq xarakteri daşıyır. Bundan sonra siz, idarəetmə mexanikasını öyrənərək pas ötürməyi, topu idarə etməyi və onu rəqibdən almağı öyrənəcəksiniz. Bundan sonra isə real oyunçularla oynamaq imkanı yaranır. Oyunda bir neçə liqa var. Reytinq cədvəlində sizin reytinqiniz artdıqca həmin liqalar da növbə ilə aktivləşəcəklər. Başlayanda isə standart olaraq yüksək liqadan başlamaq lazımdır. Adına baxmayaraq sözügedən liqa, oyunda ən aşağı səviyyədə olanı hesab olunur. İlk başlarda sizlər elə düşünə bilərsiniz ki, əslində botlara qarşı oynayırsınız və hər bir oyun çox asan şəkildə yekunlaşır. Lakin bunun səbəbi o ola bilər ki, sizlərə sadəcə olaraq peşəkar oyunçular rast gəlməyib. Müəyyən müddətdən sonra proses, getdikcə çətinləşəcək və hər bir oyunu qabiliyyətlə başa vurmaq müşkül işə çevriləcək. Təbii ki, hər bir oyunda qalib gəlmək məsləhət görülür. Belə ki, qalibiyyətdən sonra sizlərə kartlar verilir. Həmin kartlardan birini çevirdikdə qızıl pul, ulduz və ya yeni oyunçu çıxa bilər. Qızıl və ulduz sizə, komandanızı təkmilləşdirmək üçün lazımdır. Bundan əlavə olaraq komandadakı hər bir oyunçunu, təqdim edilmiş 3 xüsusiyyət üzrə təkmilləşdirmək olar. Sürət, zərbə gücü və topu rəqibdən almaq bacarığı. Qapıçılarda isə sonuncu xüsusiyyət reaksiya ilə əvəz olunub. Bir söznən real oyunçulara qarşı mübarizə aparmaq istəyirsinizsə onda bu oyunu yoxlamalısınız. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər