Həftənin ən yaxşı iOS oyunları (27 Noyabr)

1048

Həftənin ən yaxşı iOS oyunları ilə sizləri tanış edirik.

Wild City Rush-Urban Jungle Adventure

Oyunda hadisələr zoorparkdan qaçmış heyvanların hücum çəkdikləri şəhərdə cərəyan edir. Oyunçu ilk öncə balaca pələngin rolunda çıxış edəcək. Belə ki, həmin balaca pələng zooparkdan qaçsa da şəhərdə baş verən qiyamətdə iştirak etmək istəmir. İndi isə o, bir çox oyun səviyyələrindən keçərək şəhərdən çıxmalıdır. Təbii ki, oyunu keçən zaman başqa heyvanların rolunda da oynamaq mümkün olacaq. Oyunda idarəetmə standartdır. Bir düymə yalnız irəli getmək üçün, digər düymə isə müxtəlif istiqmətlərə dönmək üçün nəzərdə tutulub. Hər bir oyun səviyyəsini keçəndən sonra oyunçu xüsusi sandıqça ilə mükafatlandırılacaq. Həmin sandıqçanı açmaq üçün isə vaxt lazımdır. Sandıqçaların içində qızıl qəpiklər var. Həmin qızıl qəpiklərin hesabına oyunçu heyvanı sürətləndirə və ya digər heyvanların səviyyələrini qaldıra bilər. Oyunu burdan yükləyə bilərsiniz.

Island Trip

Bu oyun abstrakt dünyalarda macəralara atılan müxtəlif növ heyvanardan bəhs edir. Oyunda idarəetmə çox sadədir. Deməli bu və ya digər heyvanın qarşısında qırmızı və yaşıl plitələr olur. Onun qarşısında hansı rəng plitənin olmasından asılı olaraq, oyunçu ekranın sağ və sol hissəsindəki qırmızı, yaşıl hissəyə klikləməli olacaq. Beləliklə oyunçu rənglərə klikləyən zaman heyvan irəliləyəcək. Məsələn əgər heyvanın qarşısında qırmızı plitə durursa onda oyunçu ekranın sol tərəfindəki qırmızı rəngli işarəyə klikləməlidir. Yox əgər həmin plitə yaşıldırsa onda oyunçu ekranın sağ tərəfindəki yaşıl hissəyə klikləməlidir. Lakin burda bir məsələ var ki, oyunu sürətlə oynamaq lazım gələcək.. Belə ki, arxanızda qoyduğunuz plitələr məhv olmağa başlayacaq. Əgər bir qədər ləng tərpənsəz onda uduzacaqsınız. Qalan elementlər isə standart olaraq qalır. Oyun səviyyəsini keçib xal qazanırıq və yeni personajları aktiv edirik. Oyunu burdanyükləyə bilərsiniz.