main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları (29 Yanvar)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı iOS oyunlarını sizlərə təqdim edirik.
    1 Meter
    Bu sadə və maraqlı oyunda biz, dünyanın ən dadlı və uzun spagettisini hazırlamalıyıq. Bunu etmək çox sadədir. Belə ki, idarəetmə bir barmaq ilə həyata keçirilir. Ekrana bir dəfə kliklədikdə spagetti müəyyən istiqamətdə fırlanmağa başlayacaq. Barmağı ekrandan çəkdikdə isə spagetti əks istiqamətdə hərəkət edəcək. Bu üsul ilə biz, boşqabda ən uzun spagettini sığışdırmalı olacağıq. Bununla yanaşı bir neçə qaydaya əməl etməli olacağıq. İlk öncə spagetti, üst-üstə qoyulmamalıdır. İkincisi isə spagetti, əhatə olunduğu sahədən kənara çıxmamalıdır. Adından da belə qənaətə gəlmək olar ki, biz, uzunluğu 1 metr olacaq spagetti hazırlamalıyıq. Bu nəticəyə çatmaq üçün isə siz bir qədər öz səbrinizi sınaqdan keçirtməli olacaqsınız. Oyunu burdan yükləyə bilərsiniz.
    Sky Dancer
    Poetik ada sahib olmasına baxmayaraq bu oyun çətin ki, kiməsə rəqsi xatırladacaq. Buna baxmayaarq oyun çox diqqəti cəlb edəndir. Oyunun baş qəhrəmanı yüksəklikdən qorxmayan bir insandır. Oyunda oyunçu uzun müddət havada aşağı istiqamətdə düşən vəziyyətdə qalacaq. Bu proses həm üfüqi, həmdə şaquli vəziyyətdə olacaq. Baş qəhrəman bizim köməyimiz olmadan hərəkət edir. Lakin sonrakı akrobatik hərəkətlərin yerinə yetirilməsi məhz bizdən asılıdır. Tullanmaq üçün oyunçu ekrana hər iki barmağı ilə klik etməlidir. Sağa və sola hərəkət etmək üçün isə bir barmaq da kifayət edir. Sky Dance-dakı oyun səviyyələri, yerdən hündür məsafədə yerləşən və bizə məlum olmayan güclərin sayəsində göylərdə uçan platformalardan ibarətdir. Tələb olunan isə daha uzun müddət ərzində hərəkət vəziyyətində qalmaqdır. Bunun üçün personajın qabağına çıxacaq müxtəlif maneələrdən keçərək platformalara üz tutmaq lazımdır. Oyunda həmçinin xüsusi qızılları yığmaq olar. Həmin qızıllar sayəsində yeni personajları aktiv etmək olar. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər