main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları (5 Fevral)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı iOS oyunlarını sizlərə təqdim edirik.
    Drifting Schoolbus
    İlk baxışdan primitiv görünən bu oyun öz qrafik özəlliyi və dinamikliyi ilə diqqəti cəlb edir. Sözügedən oyun, məktəb avtobusu sürücüsü haqqındadır. Məlum olan bütün yol hərəkəti qaydaları bu oyunda pozulur. Əsas məqsəd, avtobusu drift edərək yoldakı məktəbliləri yığmaqdır. Məktəblilərdən başqa yol boyu oyunçunun qabağına müxtəlif bonuslar çıxacaq. Onları da yığmaq lazım gələcək. Baxmayaraq ki, oyun prosesi sonsuza qədər davam edir, oyun özü bir neçə hissədən ibarətdir. Müəyyən sayda şagirdi məktəbə çatdırandan sonra sürücü yenidən yola düşür və öz işini görməyə davam edir. Bununla belə yeni yola düşən zaman oyunun tempi artır və yolda daha çətin keçilən maneələrə rast gəlinir. Oyundaxili mağazada isə müxtəlif bonuslar almaq mükündür. Məsələn oyunçu standart sarı rəngli avtobusu, retro dəbində hazırlanmış avtobusa dəyişə bilər. Həmçinin oyunda müxtəlif şəhərlər də mövcuddur. Hər bir şəhər öz xüsusiyyətləri ilə oyuna xüsusi dinamiklik qatır. Oyunu burdan yükləyə bilərsiniz.
    Find the Road
    Bu oyunda siz, təhlükələrdən qorxmayan və həvəslə macəralara atılan səyyahlara yolun tapılmasında kömək edəcəksiniz. İlk baxışdan oyunun məhz uşaqlar üçün hazırlandığını düşünmək olar. Bununla yanaşı oyunda rast gəlinəcək çətinliklər uşaq ağlı üçün nəzərdə tutulmayıb. Hər bir oyun səviyyəsində oyunçuya müxtəlif sayda kərpiclər təqdim olunur. Həmin kərpiclər isə bütöv bir yolun hissələridir. Oyunçunun idarə etdiyi personaj isə kərpiclərdən birində dayanır. Əsas məqsəd həmin personajı, qırmızı bayraqlı kərpicə çatdırmaqdır. Bunun üçün qarşınızda olan kərpiclərin yerlərini dəyişərək düzgün yolu düzəltməlisiniz. Oyun özü 250 səviyyədən ibarətdir. Bu isə o deməkdir ki, sizləri uzun bir oyun prosesi gözləyir. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala