main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları (5 Mart)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Həftənin ən yaxşı iOS oyunlarını sizlərə təqdim edirik.
    Yield
    Sözügedən oyunda siz müxtəlif yol hadisələri ilə qarşılacaqsınız. İlk nəqliyyat kimi siz, yüngül avtomobildən istifadə edəcəksiniz. Heç bir özəlliyi ilə fərqlənməyən bu avtomobil ilk vaxtlarda sizin işinizi görəcək. Əsas məsələ, yoldakı maneələrə diqqət yetirməkdir. Həmin maneələr isə saysız hesabsızdır. Çox zaman qarşı tərəfdən gələ biləcək digər nəqliyyat növləri sizlər üçün problemlər yarada bilər. Buna görə də yolunuzu tez-tez dəyişməyə hazır olun. Bəlkədə oyunun əsas özəlliklərindən biri avtomobilin tormoz və arxaya getmə özəlliyidir. Oyun səviyyələrinin mühitini nəzərə alsaq, bu xüsusiyyətlər çox vacibdir. Oyunda həmçinin bir sıra gücləndiricilər var. Məsələn sizin avtomobiliniz müəyyən müddət ərzində istənilən fiziki zərbəyə davamlı ola və ya xüsusi işıqlandırma sistemi vasitəsilə rahat bir şəkildə döngələri dönə bilər. Həmçinin oyun səviyyələrində rast gəlinən qızıl pulların sayını çoxaldan gücləndiricilər də var. Oyundaxili valyuta sayəsində siz yeni avtomobil ala bilərsiniz. Yeni avtomobil nəinki öz fərqli dizaynı ilə seçiləcək, həmdə daha böyük sürətə sahib olacaq. Oyunu burdan yükləyə bilərsiniz.
    Glass 2 Glass
    Bu oyunu, barmen işinə başlayan insanlar üçün mükəmməl hesab etmək olar. Oyunun məğzi çox sadədir. Belə ki, sizin qarşınızda həmişə iki stəkan olacaq. Onlardan biri heç vaxt dəyişilməz olaraq qalacaq. Digəri isə müəyyən vaxtdan sonra öz ölçüsünü və formasını dəyişəcək. Əsas tapşırıq isə ondan ibarətdir ki, birinci stəkanı elə miqdarda maye ilə doldurmaq lazımdır ki, həmin maye, ikinci stəkanın lazımi hissəsi ilə düz gəlsin. Yəni əgər birinci stəkana lazım olan miqdardan çox maye töksəniz, onda siz uduzacaqsınız. Az tökdüyünüz halda da uduzacaqsınız. Tapşırıq ilk baxışdan asan görünsə də əslində qəlizdir. Çünki ikinci stəkan həmişə öz ölçü və formasını dəyişəcək. Oyunda singleplayer rejimdən əlavə olaraq real oyunçular ilə rəqabət aparmaq üçün xüsusi rejim də var. Bu rejimdə oyun prosesi bir qədər fərqlidir. Singleplayer rejimdə edilən şeyləri burda da etmək lazımdır. Lakin mayenin az və ya çox tökülməsinə görə siz uduzmayacaqsınız. Müəyyən vaxt ərzində mayenin düzgün miqdarda tökülməsi tapşırığını daha çox yerinə yetirən oyunçu sonunda qalib gələcək. Həmçinin oyunda xüsusi tapşırıqlar da var. Məsələn tapşırıqların birində əsas stəkanın içində müəyyən əşya olacaq və siz mayeni, stəkana tökən zaman həmin əşyanı nəzərə almalı olacaqsınız. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər