main-post-cover

    Həftənin ən yaxşı iOS oyunları (8 Yanvar)

    Digər
    07.05.2017
    Farid Pardashunas
    iPhone və iPad istifadəçilərinə həftənin ən yaxşı iOS oyunlarını təqdim edirik.
    Spiral Tower
    Ketchapp studiyası öz keyfiyyətli və dinamik oyunları ilə oyunçuları sevindirməkdə davam edir. Studiyanın sonuncu oyunlarından biri olan Spiral Tower bizim cəldlik və reaksiyamıza meydan oxuyur. Beləliklə yeni oyunda oyunçulara, hündürlüyü sonsuza qədər olan qala təqdim edilir. Həmin qalanın ətrafında isə pilləkənlər yerləşir. Məhz bu pilləkənlərlə oyunçu bacardığı qədər yüksəyə doğru irəliləməlidir. Onu da qeyd etmək lazımdır ki, yeni oyunda biz, kub formalı obyekti idarə edirik. Oyunun gameplay özəlliyi belədir. Deməli telefonun ekranına bir dəfə toxunan zaman kub hərəkət etməyə başlayır. Barmağı ekrandan çəkəndə isə kub hərəkətsiz şəkildə dayanır. Pilləkənlər isə öz növbəsində oyunçunun diqqətini yayındırmağa çalışacaq və səhv etməyə məcbur edəcək müxtəlif maneələr və obyektlərlə doludur. Oyunda olan maneələr müxtəlif hərəkət sürətinə malikdirlər. İlk baxışdan oyunçuya elə gəlir ki, oyunda tələsməyə ehtiyac yoxdur. Lakin bir şeyi nəzərə almaq lazımdır ki, pilləkənlər öz-özünə məhv olmaq qabiliyyətinə sahibdirlər. Buna görədə bir yerdə çox dayanmaq olmaz. Oyunu burdan yükləyə bilərsiniz.
    Kubik
    Ketchapp studiyası öz ənənəsinə sadiq qalaraq minimalistik tərzdə maraqlı oyunlar hazırlamaqda davam edir. Kubik oyunu da istisna deyil. Sözügedən oyun məşhur tetrisə fərqli baxış nöqtəsidir. Oyunun gameplayi hamıya tanış olan mexanika və konsepsiyanı təkrar edir. Belə ki, oyunçu boş olan əraziləri müxtəlif formalı fiqurlarla doldurmalıdır. Bununla yanaşı yeni oyuna bir neçə maraqlı xüsusiyyət də əlavə olunub. İlk öncə Kubik oyununda göydən düşən fiqurların vəziyyətlərini biz nəinki dəyişə hətta onları hərəkət belə etdirə bilmirik. Bunun əvəzinə fiqurların düşdüyü platformanın özü, öz oxu ətrafında fırlanır. Həmdə oyun 3D formatında hazırlanıb. Nəticədə oyun biraz qəlizləşsə də ona öyrəşmək olar. Bundan əlavə olaraq fiqurların siyahısına yeni həndəsi fiqurlar da əlavə olunub. Bu, mənfi cəhətdən daha çox müsbət cəhətdir. Prinsipcə oyunun bizlərə təqdim etdiyi xüsusiyyətlər bununla bitir. Hamıya tanış olan standart oyun tamamilə yeni formatda bizləri sevindirir. Oyunu burdan yükləyə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər