main-post-cover

    Həftənin ən yaxşı iOS proqramları (23 Oktyabr)

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Bu dəfə "Həftənin iOS proqramları” məqaləmizdə sizlərə fərqli kateqoriyalardan bir neçə tətbiqi təqdim edirik. "Həftənin ən yaxşı iOS oyunları” linkinə keçid edərək, bu həftə üçün seçdiyimiz ən yaxşı iOS oyunları ilə də tanış ola bilərsiniz.


    SwiftKey Note


    Android-in ən məşhur klaviatura tətbiqi olan Swiftkey-in proqramçıları iOS üçün də SwiftKey Note adlı bir qeyd yazma tətbiqi hazırlayıblar. Keçdiyimiz günlərdə paylaşılan bu tətbiq, özəl təxmin və tamamlama xüsusiyyətləri ilə diqqət çəkir.

    Sphere - 360º Photography


    Dünyanı 360 dərəcə olaraq kəşf etməyə hazırsınız? Bu tətbiq ilə birlikdə hərhansı bir yeri 360 dərəcə olaraq qeyd edə bilər, başqalarının qeydlərini də izləyə bilərsiniz.

    Behance


    Məşhur dizayn saytı Behance-in mobil tətbiqi olan bu sosial şəbəkədə dünyanın dörd bir yanından kreativ dizaynerlərin əl işlərinə baxa bilər, öz layihələrinizi paylaşa bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər