main-post-cover

    Hələ işləməyənlərin bir iş yeri haqqında bilməli olduqları 5 şey

    Digər
    07.05.2017
    Farid Pardashunas

    Hələ işləməyə başlamayan və ya iş yerinə alışa bilməyənlərə 5 tövsiyyə

    1. İş adətən sadəcə işdir.

    İş, xüsusilə də yeni başladığınız bir iş adətən əyləncəli deyil. Hər nə qədər Google-dakı yuxu otaqları və internet şirkətlərindəki atışdırmalıq dolu soyuducular xəyallarınızı bəzəsə də Azərbaycandakı bir çox şirkət elə deyil. Bir neçə şirkət işinizdən nifrət etməyinizi istəyərkən, bir çoxu da işinizi sevməyiniz üçün hər hansı bir cəhd göstərməyəcəkdir. İşləri haqqında deyingən olan insanlar isə belə düşünə bilərlər: "Əgər əyləncəli olsaydı sizdən giriş haqqı alardılar, ancaq orada işləməyiniz üçün sizə pul ödəyirlər."

    2. Yüksəlmək zaman alır.

    Dörd il içində rəhbər olmayacaqsınız. Bir il içində isə vəzifənizdə yüksəlməsəniz ruhdan düşməyin. Çünki 15-30 il arası mühəndislik, mühasibatçılıq, satın alma və ya başqa müxtəlif işlərlə məşğul olan və heç vəzifəsi yüksəlməyən insanlar var. Əgər sürətli bir yüksəliş istəyirsinizsə daha çox, daha yaxşı və daha sürətli işləməyə alışsanız sizin üçün yaxşı olar. İşlərinizlə sadəcə daha əvvəlki performansınızı keçməklə qalmamalı eyni zamanda eyni vəzifə üçün işləyən digər işçilərində performansını keçməlisiniz.

    3. Düzgünlük vacibdir.

    Şirkətlər sədaqətə çox önəm verməzlər amma düzgünlüyə verərlər. Bu ipucu bütün yaş qrupları üçün keçərlidir. İnsanlar, şirkət və işçilər arasındakı sədaqətin yoxsunluğuna görə deyinərlər və bəzən bu hərəkət, şirkət onlara dəyər vermədiyi üçün işçilərin tətmin edici bir iş ortaya çıxartmamasından qaynaqlanır. Günün sonunda şirkətlər verdikləri ödənişin qarşılığını görmək istəyərlər və gözlədikləri qarşılıq, iş yerində olarkən Facebook-da paylaşım etmək yerinə, ödənişini aldığınız işi reallaşdırmağınızdır. 

    4. İş, sosial aktivliyinizi azaldır.  

    İş sosial həyatınızı azaldacaqdır. Bir konsertə getmək, hava limanında bir dostunuzu qarşılamaq və ya başqa bir sosial aktivlik üçün işdən tez çıxmaq xahişi, sadəcə müdirinizi deyil eyni zamanda iş yoldaşlarınızı da bezdirə bilər. Əgər azad olacaq qədər varlı deyilsinizsə, sosial bir aktivlik və daha çox iş arasında bir seçim etməli ola bilərsiniz.

    5. Heçbir iş sizin bacarığınızın altında deyil.

    Bu iş sizin bacarığınızın altında deyil. Bəzi vəzifələrin sizin bacarığınızın altında olduğu fikri həm gənc həm də çox öyrədilmiş olmağın gətirdiyi bir problemdir və çox heyif ki, yeni nəsildə bu ikisindən də kifayət qədər var. Bir şeylərin çap etmək və ya bir şeyləri cildləmək üçün magistr təhsili almadığınızı bilirik. Ancaq inflyasiyanın da dünyanı əhatə etdiyi bu dövrdə ortaya həddən artıq ağır işlər çıxdı. Və hələ edilməsi lazım olan mənasız işlər də mövcuddur. Üstəlik böyük ehtimalla onlar sizin üstünüzə qalacaq. Yenə də bizim fikrimizcə siz bütün bu işləri edərkən səbr, iş əxlaqı və motivasiya kimi qazanacağınız başqa dəyərlərə diqqət yönəldə bilərsiniz. 
     

    Barama İnnovasiya Mərkəzi

    Barama İnnovasiya Mərkəzi Azercell şirkəti tərəfindən Azərbaycanda sahibkarlığa dəstək vermək məqsədilə 2009-cu ildə yaradılmış layihədir. Barama əsasən informasiya texnologiyaları sahəsinda fəaliyyət göstərən layihələri və yaranmaqda olan şirkətləri – startup-ları dəstəkləyərək onların şirkətləşməsinə kömək edir.  Əgər sizin də belə bir fəaliyyətiniz varsa Müraciət edərək Barama-dan dəstək ala bilərsiniz.
    Barama kollektivi olaraq kreativ ideyanın yaranması, onun reallaşdırılması üçün kreativ mühütün olmasının ən başlıca şərtlərdən biri olduğunu gözəl anlayırıq. Bu səbəbdən sahibkarlara öz potensiallarını maksimum şəkildə nümayiş etdirəcəkləri innovativ ofis təqdim edirik.  

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər