Hələ təqdim olunmamış iki Nokia flaqmanı haqqında məlumatlar sızdırıldı
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Məlumata əsasən "HMD Global” şirkəti iki yeni Nokia flaqmanı hazırlayır.
Yayılmış məlumata əsasən təqdim olunacaq yeni modellər,
bilinməyən şirkət tərəfindən hazırlanmış kameralar ilə təchiz olunacaqlar. Həmin
kameraların hazırlanmasına "HMD Global” tərəfindən külli miqdarda pul xərcləndiyi
qeyd olunur. "Nokia” təmsilçilərinin sözlərinə əsasən bu texnologiya, "Nokia
PureView”ın Imaging Technology adlı texnologiyasından və Carl Zeiss brendindən
heçdə geri qalmayacaq. Nokia brendinin "HMD Global” tərəfindən alınmasından
sonra şirkət sözügedən texnologiyaları işlədə bilmir. Bunun üçün də o, yeni
kamera texnologiyasının yaradılması üçün külli miqdarda vəsait xərcləyib. Yeni
flaqman modellər metal korpusa, Snapdragon 835 prosessoruna və 4/6 GB RAM-a
sahib olacaqlar. Birinci smartfon adi kameraya, ikinci smartfon isə 23 MP-lik
ikili arxa kameraya sahib olacaq. Bir arxa kameraya sahib modelin İyun ayında
çıxması gözlənilir. Onun təqribi qiyməti 580$ təşkil edəcək. İkili arxa
kameraya sahib olan modelin isə bu ilin sonunda çıxacağı güman olunur. Onun
qiymətinin 650$ olacağı
gözlənilir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)