main-post-cover

    Hər 10 saniyədə bir nəfər hack edilir!

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    2016-cı il hackerlər baxımından ciddi bir formada ağır bir il oldu. Zərərli proqramlar ciddi nisbətdə artarkən, həm şirkətlər həm də hack edilən şəxslərin sayı da artdı!


    2016-cı ildə şirkətlərə edilən troyan proqramı hücumları 3 dəfə artdı. Keçdiyimiz yanvar ayında hər 2 dəqiqədə bir hazırlanan hücumlar, artıq 40 saniyədə bir reallaşdırılır. 
    Şəxslərə edilən hücumlarda isə bu sıxlıq hər 20 saniyədə 1-dən, hər 10 saniyədə 1-ə yüksəldi. Bu il ərzində tam olaraq 62 yeni troyan proqramı ortaya çıxdı. 

    Zərərli proqramlar təkamül keçirdi

    2016-cı ildə xüsusilə troyan proqramlarında böyük bir artım yaşandı. Öz proqramlarını hazırlamaq, büdcələri və ya gəlirləri olmayan cinayətkarlar üçün bir gəlir mənbəyi halına gəldi. Beləki zərərli kod yaradıcılar, tələb olduğu anda məhsullarını təklif edə bilir və hər bir müştəriyə özəl modifikasiya edilmiş versiyalar satır, müştərilər isə bunları spam və ya web saytları vasitələri ilə yaydıqdan sonra kodun yaradıcısına xidmət haqqı ödəyir.
    Əlbəttə bu proqramlardan qorunmaq üçün etməli olduğunuz əsas şey, ciddi bir antivirus sistemi əldə etməkdir. Əks təqdirdə 10 saniyədə bir hack edilənlərdən biri siz də ola bilərsiniz.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər